2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Həmasın İsrailə hücumu: silahlılar “bir kənddə bütün ailələri qətlə yetiriblər”

Həmas bildirib ki, İsrailin gecəboyu hava hücumları nəticəsində azı 30 adam həlak olub.

Israil qüvvələri deyib ki, gecə Qəzzada 200 hədəfə zərbə endirib.

Saytların yığılması Saytlarin yigilmasi

Həmas oktyabrın 7-də İsrailə gözlənilməz hücum edib, dinc insanları öldürüb və girov götürüb. Bundan sonra İsrail hərbisi Qəzzaya ölümcül hücumlara başlayıb.

İsrailin Baş naziri Benjamin Netanyahu bu hücuma verdikləri cavabın ‘Orta Şərqi dəyişdirəcəyini deyib.

“Baş verənlər dəhşətlidir. Biz başa düşürük ki, hər iki tərəfdə böyük acı var, lakin hər iki tərəfdə acının səviyyəsi nə olursa, olsun, biz çalışmalıyıq ki, mülki əhali arasında – qadınlar, uşaqlar, qocalar- itkiləri minimuma və ya sıfıra endirək“, – Rusiya Prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi”nin plenar iclasında bəyan edib.

“Əgər kişilər öz aralarında vuruşmaq qərarına gəliblərsə, qoy öz aralarında vuruşsunlar. Qadınları və uşaqları rahat buraxın. Bu, hər iki tərəfə aiddir”, – Putin vurğulayıb.

Onun sözlərinə görə, Fələstin problemi hər bir müsəlmanın ürəyindədir və ədalətsizlik kimi qəbul edilir.

“Söhbət əzəldən iki müstəqil və suveren – İsrail və Fələstin- dövlətlərinin yaradılmasından gedirdi, – Rusiya Prezidenti bildirib. – İsrail bildiyimiz kimi, yaradıldı, Fələstin isə müstəqil və suveren bir dövlət kimi hələ də yaradılmayıb.

Putin, həmçinin qeyd edib ki, münaqişənin genişlənməsi enerji sektoru da daxil olmaqla, ciddi nəticələrə gətirib çıxara bilər.

Bu arada prezidentin mətbuat katibi Dmitri Peskov Rusiyanın Həmas-ı terror təşkilatı kimi tanıyıb-tanımaması ilə bağlı suala cavab verərək deyib: “Biz münaqişə tərəfləri ilə əlaqələrimizi qoruyuruq. Orada da Rusiya vətəndaşları var. Bizim üçün Rusiya vətəndaşlarının taleyi bir nömrəli prioritetdir. Bundan əlavə, təbii ki, Rusiya vəziyyəti təhlil etməyə davam edir və nizamlanma prosesində iştirak etmək potensialına malik ölkə kimi mövqeyini qoruyur”.

Həmas qruplaşması Rusiyanın terror təşkilatları siyahısına daxil edilməyib. Onun nümayəndələri dəfələrlə Moskvaya gələrək Rusiya rəhbərliyi ilə danışıqlar aparıblar.

Prezident Recep Tayyip Erdoğan AKP Böyük Millət Məclisi Qrup Toplantısındakı çıxışında Həmas-a müharibə elan edən İsrail üçün “Bu, müharibə deyil, qırğındır” deyərək, tərəfləri “təmkinli” olmağa çağırıb.

“İsrail unutmamalıdır ki, bir dövlət olaraq, bir təşkilat kimi davranarsa, nəticədə onunla da təşkilat kimi də davranılacaq. Mülki vətəndaşları öldürmək təşkilatın refleksidir”, – Edroğan deyib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button