2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hafiz Hacıyev:”Prezident Nazirlər Kabinetin buraxmalı və məni özünə vitse-prezident təyin etməlidir”

Pariya sədri: “Mən prezidentə müraciət edərək deyirəm ki, ən ağır sahənin idarə olunmasın versin mənə və 6 ay da vaxt versin”

“Prezidentin ətrafında olan məmurların çoxu həbs edilməli, yarısının da bütün sərvətləri əllərindən alınmalıdır”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezidentin imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”inə əsasən yanvarda Nazirlər Kabinetinini buraxılacağı xəbərini PİA.AZ-a şərh edərkən deyib.
Qeyd edə ki, Prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə yeni ilin ilk ayında Nazirlər Kabinetinin yenidən formalaşdırılacağı gözlənilir. Bu barədə yayılan xəbərlərdə qeyd edilir ki, Nazirlər Kabineti buraxılacağı halda fevralda 82 yaşı tamam olacaq Artur Rasi-Zadə yenidən baş nazir təyin edilməyəcək. Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir. Məlumata görə Nazirlər Kabinetində hətta bir neçə “açar” nazirlər yer almaya bilər. Amma həlledici vəzifələr yenə də köhnə qvardiyanın əlində qala bilər. Bəs Nazirlər Kabinetinin buraxılmasına müxalif partiyalar necə baxırlar?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə danışıb.

Hafiz hacıyev: “Bir aydan sonra Nazirlər Kabinetin yenidən təşkil edəcəklər və yenə həmin tərkibindəki insanları fərmanla, sərəncamla işə götürəcəklər”.

Partiya sədri qeyd edib ki, prezidentin imzaladığı strateji “yol xəritələr”ini həyata keçirmək üçün ağıllı başlar, təmiz insanlar lazımdır. Bu vaxta qədər prezident önəmli çox fərmanlar, sərəncamlar verib, amma çoxu həyata keçirilməyib:
“Mən müxalif partiya sədri olaraq demişəm ki, cənab prezident həmişə çalışır ki, millətinin gələcəyini xoşbəxtliyə aparsın. Amma mən inanmıram ki, Nazirlər Kabinəti buraxılacaq. Ona görə ki, “qocalar evi”nin hamısı Nazirlər Kabinətində oturub. İslahatları da yeni komanda ilə aparmaq lazımdır. Bu gün prezidentin ətrafında o yeni komanda yoxdur. İndiki komanda yalnız bir işi düşünürlər ki, prezidenti necə devirək və onun yerinə keçək. Bu devirmək işi də sübut olunmuş işdir. Məsələn Eldar Mahmudovun işlərində bu sübut olundu. Bu gün Eldar Mahmudovun kölgə kabineti üzə çıxır. Mahmudovun bu kölgə kabinetin açsınlar baxsınlar. Onda biləcəklər ki, hansı nazir prezident olmaq, hansı nazir baş nazir olmaq istəyib və Cenevrədə hansı sənədlər imzalayıblar. Bu halların bir də yaşanmaması üçün prezidentin ətrafında olan məmurların çoxu həbs edilməli, yarısının da bütün sərvətləri əllərindən alınmalıdır.
Mən Prezidentin imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri” ilə tanış oldum və orada elə də ciddi məsələ yoxdur. Hər gün kağız üzərində nə isə yazmaqla da heç nə olmayacaq. Bu işi görən komanda lazımdır və o komanda da olanlar sadiq insanlar olmalıdır. Amma prezidentin ətrafındakı komanda sadiq  deyil.
Deyirlər Nazirlər Kabineti buraxılacaq. Yanvarda Nazirlər Kabinetin buraxacaqlar bir aydan sonra Nazirlər Kabinetin yenidən təşkil edəcəklər və yenə həmin tərkibindəki insanları fərmanla, sərəncamla işə götürəcəklər. Mən dəfələrlə demişəm ki, biz nə Heydər Əsədovla, nə də başqa nazirlərlə heç bir yola çıxa bilməyəcəyik. Bunların hamısı “maliyyə fırıldaqları” ilə məşğul olan adamlardır. Bir neçə gün əvvəl şahidi olduq Beynəlxaq Bankda baş verənlərin. Bu işləri edənlərin hamısı da Samir Şərifovun nəzarətində olan insanlardır. Prezident xahiş edilən insanları vəzifəyə təyin etməməlidir, ona sadiq olan insanları vəzifəyə təyin etməlidir. Mən bütün vasitələrlə prezidentə müraciət etmişəm ki, əgər ölkədə bu günkü vəziyyətin düzəlməsin istəyirsə, Hafiz Hacıyevi baş nazir təyin etsin. Bu təyinatdan sonra prezident baxsın görsün ki, Azərbaycanda iqtisadi inkişaf hara gedəcək və kənd təsərrüffatı nə qədər inkişaf edəcək. Prezidentə bu vəziyyətdə lazımdır ki, xalqın rifahı yaxşı olsun, bütün sahələr inkişaf etsin. Buna görə də prezidentə sadiq və islahat aparmağı bacaran kadrlar lazımdır.

Hafiz Hacıyev: “Suyun, qazın, işığın, çörəyin qiymətin qaldırmaqla xalqda böyük narazılıq yaradırlar. Bu narazılıq da fevrala, marta böyük partlayışla nəticələnəcək”.

Bu gün prezidentin ətarfında olan insanların çoxu prezidentə qarşı birləşib. Məmurların bir hissəsi Azərbaycanda müxalifətlə birləşib İlham Əliyevə xəyanət edir, bir hissəsi də Cenevrədə Eldar Mahmudovun ətrafında birləşən qüvvələrdir. Bu faktları mən sübut da edə bilərəm. Bunların hamısı da istəyirlər ki, prezidenti hakimiyyətdən devirsinlər. Və öz məqsədlərinə çatmaq üçün də yaxşı yol tapıblar. Məsələn suyun, qazın, işığın, çörəyin qiymətin qaldırmaqla xalqda böyük narazılıq yaradırlar. Bu narazılıq da fevrala, marta böyük partlayışla nəticələnəcək. Bir vaxtlar da, yəni Heydər Əliyevin dövründə də o məmurlar xalqı narazı salıb və qaçmışdılar. İndi də İlham Əliyev tək qalacaq və heç bir məmuru tapa bilməyəcək. Bir sıra məmurların işlərində ciddi faktlar aşkarlanıb. Bu faktlara görə onlar razı olmazlar ki, prezident ətrafına sadiq komanda yığa və onlara qarşı tədbir planı hazırlaya. Prezident yeni komanda qurub imkan verməməlidir ki, Azərbaycanda fevral, mart aylarında çevriliş ola. Azərbaycan xalqı da bu qarışıqda öz liderin axtarır və öz liderinin arxasınca da gedəcəklər.
Prezident Nazirlər Kabinetin buraxmalı və məni özünə vitse-prezident təyin etməlidir. Əgər vitse-prezident olsam xalqımı ağır vəziyyətdən çıxardacam, bütün sahələrin inkişaf etdirilməsi üçün bütün islahatları keçirdəcəm. Mən prezidentə müraciət edərək deyirəm ki, ən ağır sahənin idarə olunmasın versin mənə və 6 ay da vaxt versin. Bu vaxtda  Azərbaycan iqtisadiyyatın və kənd təsəərrüfatın qaldırmasam dar ağacından asılmağıma hazıram. Xalq da artıq qaranı ağdan seçməyi bacarıq. Xalq çox yaxşı bilir ki, kim özü üçün vəzifə istəyir, kim də xalqa xidmət etmək üçün. Əgər Nazirlər Kabinetin buraxıb yenidən yaradacaqlarsa, onda niyə vaxt itirirlər? Prezidentin imzaladığı strateji “yol xəritələrini həyata keçirmək üçün ağıllı başlar, təmiz insanlar lazımdır. Bu vaxta qədər prezident önəmli çox fərmanlar, sərəncamlar verib, amma çoxu həyata keçirilməyib. Buna görə də əgər prezident yenə də başı kiflənmiş insanlarla yola cıxacaqsa, onda xalqımızın vəziyyəti bundan da pis olacaq. Hələ qiymət artımına görə ödəniş olanda böyük qalmaqallar baş verəcək. Bu zaman Azərbaycanda nələr baş verəcək bunu “qocalar evi”ndə oturanlar hələ başa düşmürlər. Bu gün məmurların çoxu Eldar Mahmudovdan da pisdir. Mən hər bir sahədə prezidentə kömək etməyə hazıram ki, prezident qarşıdan gələn fırtınaların qurbanı olmasın”.
Nərminə UMUDLU

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button