Siyasət
Hakan Fidan: “Gələn il Avropada enerji böhranı yarana bilər”
![Hakan Fidan: “Gələn il Avropada enerji böhranı yarana bilər”](https://www.az24saat.org/wp-content/uploads/2023/07/Hakan-Fidan-Gələn-il-Avropada-enerji-bohrani-yarana-bilər-780x452.jpg)
“Gələn il Avropada enerji böhranı yarana bilər”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verir: “Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki ölkəni maraqlandırmır. Bu, qlobal əhəmiyyətli məsələdir”.
Mənbə:Report