2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Hindistanda ölənlərin sayı artır

2023-08-17 14:48:18

class=”mediyanet-inline-adv”>

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində musson yağışlarının yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artır. Himaçal Pradeş əyalətinin təcili yardım mərkəzində çalışan Vikram Sinqh sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayının 72-yə çatdığını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sinq palçıq və dağıntı yığınları altında qalanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Hindistanın Hava Departamenti yağışların yaxın günlərdə də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və ştatda yüksək həyəcan siqnalı verib.

Yolların bağlı olduğu, çoxlu evlərin su altında qaldığı və ya dağıldığı ştatda ölənlərin sayının artacağı ilə bağlı qorxular var.

ORDU FƏALİYYƏTDİ

Hindistan Hərbi Hava Qüvvələri və təbii fəlakətdən xilasetmə qrupları ştatın paytaxtı Şimlada qapalı qalanları təxliyə etmək üçün hərəkətə keçib. Ştat baş naziri Suxvinder Sinqh Sukhu 2 mindən çox insanın vertolyot və motorlu qayıqlarla təxliyə edildiyini və təhlükəsiz bölgələrdə yaradılmış yardım düşərgələrinə göndərildiyini bildirib.

İnfrastrukturda daşqın və sürüşmələrin vurduğu ziyanın aradan qaldırılmasının təxminən 1 il çəkəcəyini deyən Suxu, təxmin edilən itkilərin 100 milyard rupi olduğunu bildirdi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button