Texnologiya

Honor 70, 70 Pro və 70 Pro+ smartfonları təqdim edilib – QİYMƏTİ

    Honor şirkəti yeni Honor 70 smartfon seriyasını təqdim edib. Təqdim edilmiş yeni smartfon seriyasına Honor 70, Honro 70 Pro Honor 70 Pro+ modelləri daxil olublar. Honor 70 seriyasına daxil olan smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də, onlar bəzi texniki özəlliklərə görə fərqlənirlər. Honor 70 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400×1080 piksel keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunduğu bir vaxtda Honor 70 Pro ilə Honor 70 Pro+ modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2652×1200 piksel keyfyyətli 6.78 düym OLED ekran ilə təchiz olunublar. Hər 3 smartfonda ön kamera ekranın yuxarı mərkəz hissəsində yerləşdirilmiş kiçik dairəvi çıxıntıya inteqrasiya edilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da hər 3 smartfonda birbaşa ekrana yerləşdirilib.

    Adi Honor 70 modelində mono səsgücləndiricilər, Honor 70 Pro modellərində isə stereo səsgücləndiricilər reallaşdırılıb. Hər 3 smartfonda kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi mövcuddur. Texniki özəlliklər baxımından Honor 70 modeli 6 naonmetrli 8 nüvəli Snapdragon 778G+ prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 54 MP + 50 MP (122 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 32 MP-lik (100 dərəcə bucaq əhatəsi, elektron stabilizasiya) ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Honor 70 Pro modellərinin arxa kamera göstəriciləri adi Honor 70-in arxa kamera göstəriciləri ilə eynidir. Honor 70 Pro modeli 8 nanometrli 8 nüvəli MediaTek Dimensity 8000 prosessoru, Honor 70 Pro+ modeli isə 4 nanometrli 8 nüvəli MediaTek Dimensity 9000 prosessoru ilə təchiz olunub.

    Honor 70 Pro-nun 256/512 GB daxili yaddaşa sahib olduğu halda Honor 70 Pro+ yalnız 256 GB daxili yaddaş həcminə sahibdir. RAM yaddaşı da bütün Honor 70 modellərində eynidir. Honor 70 Pro modellərini adi Honor 70-dən fərqləndirən daha bir özəllik ön kamera ilə bağlıdır. Belə ki, Pro modellər 50 MP-lik (100 dərəcə bucaq əhatəsi, elektron stabilizasiya) ön kamera ilə təchiz olunublar. Batareya həcminə gəldikdə isə Pro modellər 100 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahibdirlər. Hər 3 smartfon Magic UI 6.1 interfeysli Android 12 vasitəsilə çalışır. Yeni Honor 70 smartfonları iyun ayının əvvəlində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq:

– 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 70 – 400$

Gözdən qaçırmayın:  Xiaomi yaxın zamanda Mi Band 7 Pro-nu təqdim edə bilər

– 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 70 – 450$

– 12 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 70 – 510$

– 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 70 Pro – 555$

24 saat” “Honor 70, 70 Pro və 70 Pro+ smartfonları təqdim edilib – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button