2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hüquq müdafiəçisnin saxlanıldığı bildirilir

Bakı/04.12.23/Turan: Dekabrın 4-də Bakıda hüquq müdafiəçisi, keçmiş polis əməkdaşı İlhamiz Quliyevin polis tərəfindən saxlanıldığı bildirilir.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib ki, İlhamiz Quliyev hazırda Yasamal Rayon Polis İdarəsində saxlanılır.

“O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Quliyev özünü təqsirli bilmir Guya narkotikin miqdarı müəyyən edilmədiyindən hələ məhkəmə qarşısına çıxarılmayıb. Onun dekabrın 5-də məhkəmə qarşısına çıxarılacağı gözlənilir”, vəkil qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq müdafiəçisi Rüfət Səfərov facebook səhifəsində yazıb ki, İlhamiz Quliyev bu il oktyabrın 5-də İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə 30 sutka inzibati qaydada həbs edilib.

“Azadlığa çıxandan sonra təqib edilən İlhamiz Quliyev dekabrın 4-də yenidən saxlanılıb, hazırda Yasamal Rayon Polis İdarəsindədir. Saxta ittihamlar üzrə cinayət işinin başlanacağı gözlənilir. İlhamiz Quliyev şərlənmədən müdafiə üçün Narkoloji Dispanserdə analizlər verib, narkotik maddə istifadəçisi olmadığı müəyyən edilib. (Hüquq müdafiəçisi tibbi arayışı əlavə edib). Onu da qeyd edim ki, İlhamiz Quliyev həbsindən əvvəl “Abzas Media”ya müsahibə verib, təhlükəsizlik məqsədilə səsi xüsusi proqram vasitəsilə dəyişdirilib, “sənədləşdirilməyən narkotik vasitələr siyasi həbslərdə istifadə olunur”- deyib, lakin Daxili İşlər Nazirliyi mövzu üzrə ekspert rəyinin İlhamiz Quliyevə aid olduğunu müəyyənləşdirib, elə repressiv tədbirlərə də bundan sonra start verilib”, o qeyd edib.

Quliyev əvvəllər USAİD-lə əməkdaşlıq çərçivəsində hüquqi xidmət göstərib. 2 il ərzində Ağdam rayonunda hüquq müdafiəçisi olaraq çalışıb.

Öz növbəsində Daxili İşlər Nazirliyi hüquq müdafiəçisinin saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.-03-

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button