2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İbrahim Rəisinin ölümü İranın siyasi sisteminə necə təsir edəcək?

Lakin onun ölümü mühafizəkar sərt xətt tərəfdarlarının istər seçilmiş, istərsə də təyin edilmiş – bütün hökumət qollarında – üstünlük təşkil etdiyi sistem üçün bütövlükdə bir sınaq olacaq.

“Sistem onun ölümünü böyük bir şouya çevirəcək və mühafizəkarların birliyini və Xameneiyə loyallığını qoruya biləcək yeni lider axtarılarkən, öz funksionallığını nümayiş etdirmək üçün konstitusiya proseduralarına riayət edəcək”, – Chatham House analitik mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənam Vakil qeyd edir.

Saytların yığılması Saytlarin yigilmasi

Doldurulması lazım olan digər son dərəcə əhəmiyyətli vəzifə də – zamanı gələndə- yeni ali lideri seçmək səlahiyyətinə malik orqan olan Ekspertlər Assambleyasında boş qalmış yerdir. İran üçün bu, Rəisinin ölümündən daha əhəmiyyətli hadisədir.

“Rəisi potensial varis idi. Çünki Xameneyinin ali lider olduğu vaxtındakı kimi, hələ nisbətən gənc idi. O, çox loyal idi – bir növ ideoloq, sistemə sadiq və tanınan ada malik idi”, – Sənam Vəkil bu qeyri-şəffaf seçki prosesi haqqında deyir. Boş qalmış yer üçün ali rəhbərin oğlu Müctəba Xameneyi də daxil olmaqla, bir neçə adın iştirak etdiyi güman edilir.

Hələ Rəisinin vəfatı rəsmən təsdiqlənməmiş Ayətullah öz X platformasında yazıb: “İran xalqının narahatlığına əsas yoxdur, ölkənin işlərində heç bir axsama olmayacaq”.

İndi daha aktual siyasi vəzifə 50 gün ərzində baş tutmalı olan növbədənkənar prezident seçkilərinin keçirilməsi olacaq.

Hələlik hakimiyyət müvəqqəti olaraq İranın vitse-prezidenti Məhəmməd Moxberə keçib.

Seçicilərə yeni müraciət bir vaxtlar seçicilərinin entuziazmı ilə fəxr edən ölkədə mart ayında keçirilən ən aşağı iştirak fəallığı göstərən parlament seçkilərindən bir neçə ay sonra ediləcək.

Rəisini dövlət başçısı vəzifəsinə gətirən 2021-ci il prezidentlik yarışı da daxil, yaxın keçmişdə keçirilən seçkilər nəzarət orqanı tərəfindən mötədil və islahat tərəfdarı olan rəqiblərin sistematik şəkildə kənarda qoyulması ilə yadda qalıb.

“Növbədənkənar prezident seçkiləri Xameneyinə və yüksək hakimiyyət səviyyələrinə bu trayektoriyanı qırmaq və seçiciləri siyasi prosesə qaytarmaq imkanı verə bilərdi”, – Londonda yerləşən Amwaj.media xəbər saytının redaktoru Məhəmməd Əli Şabani deyir.

“Lakin təəssüf ki, biz dövlətin belə bir addım atmağa hazır olduğunu və bu addımı atmaq istədiyini göstərən heç bir əlamət görmürük”, – Məhəmməd Əli Şabani əlavə edir.

Ancaq, görünür, hətta Rəisinin öz həmfikirləri arasında da aşkar bir davamçı yoxdur.

“Bu mühafizəkar qrup daxilində müxtəlif düşərgələr, o cümlədən, daha sərt mövqe tutan insanlar və digərləri, daha praqmatik hesab edilənlər var”, – Berlindəki SWP analitik mərkəzinin əməkdaşı Həmidreza Əzizi deyir.

Ekspertlər hesab edirlər ki, bu, yeni parlamentdə və yerli səviyyədə mövqelər uğrunda hazırkı mübarizəni gücləndirər.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button