2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ictimai fəal Ayxan İsrafilov saxlanılma şəraitindən narazıdır

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə heyətinin həbsdə olan üzvü Ayxan İsrafilov saxlanılma şəraitindən narazıdır. Bu barədə Turana onun ailə üzvləri məlumat veriblər. 

Onların sözlərinə görə, A.İsrafilov 3 saylı İstintaq Təcridxanasında 10 nəfər üçün nəzərdə tutulmuş kamerada 16 nəfərlə saxlanılır. 

Fəalın ailə üzvləri qeyd ediblər ki, onun səhhətində problemlər var: “Ayxan 3-cü qrup əlildir, ayağında problem var. Hələ azadlıqda olarkən həkim ona tez-tez gəzişmək lazım olduğunu deyib, amma hazırda saxlanıldığı şəraitdə buna imkan yoxdur və bu Ayxanın səhhətində əlavə problemlər yaradır”. 

Saytların yığılması Saytlarin yigilmasi

Onların sözlərinə görə, məsələ ilə bağlı fəalın saxlandığı müəssisəyə, həmçinin də onu 1 saylı Bakı İstintaq Təcridxanaslna köçürülməsi ilə bağlı müraciət etsələr də, müraciət cavabsız qalıb.

Penitensiar Xidmətindən Turana bildirilib ki, məsələ araşdırılacaq və bununla bağlı məlumat veriləcək.

* İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilov 2023-cü ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik maddələrin saxlanması və yayılması) maddəsilə ittiham olunub. Onu 3 ildən 8 ilədək həbs təhlükəsi gözləyir.

Ayxan İsrafilov ittihamı qəti şəkildə rədd edir və öz həbsini ictimai fəaliyyətilə əlaqələndirir ki, bu da özünü kuryer xidməti işçilərinin hüquqlarının qorunmasında göstərib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button