2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İctimai fəal Əbülfəz Qurbanlı “Abzas Media” işi üzrə dindirilib

Bu gün ictimai fəal Əbülfəz Qurbanlı Bakı Şəhər Baş Polis İdarəsində üç saat dindirilib.

Qurbanlı polis idarəsindən çıxarkən jurnalistlərə bildirib ki,  “Abzas Media” işi üzrə şahid qismində dindirilib.

Lakin fəalın sözlərinə görə, onun bu nəşrlə heç bir əlaqəsi yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Qurbanlı istintaq sirrinin açıqlanmamasına dair öhdəliklərlə əlaqədar digər şərhlərdən çəkinib.

Qeyd edib ki, polisdə ona düzgün münasibət göstəriblər, heç bir təzyiq olmayıb.

Qurbanlı 2002-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olub, Xalq Cəbhəsi Partiyasının üzvü olub. 2015-ci ildə partiyadan çıxıb.

2021-ci ildən “Artikl 54” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktorudur.

Təşkilat ictimai iştirakçılıq, ictimai nəzarət, icma quruculuğu və inkişafı ilə bağlı müxtəlif məsələlərlə məşğul olur.

**2023- ilin noyabrından 2024-cü ilin yanvarına qədər “Abzas Media” ilə əlaqəli səkkiz jurnalist və media işçisi həbs olunub.

Apreldə meclis.info saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli həbs ediliblər.

İş üzrə müttəhimlərə “qabaqcadan əlbir olaraq xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Jurnalistlər ittihamları rədd edirlər və cinayət işini korrupsiya faktlarının araşdırılması ilə əlaqələndirirlər. İmran Əliyev və Anar Məmmədli “Abzas Media”nın fəaliyyətinə bağlı olmadıqlarını bildiriblər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbuslar kimi tanıyıblar.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button