Gündəm

İdlibdə kimyəvi silah istifadə olunduğu laboratoriyada təsdiqləndi

Kimyəvi Silahların Qadağan Təşkilatının (KSQT) Baş direktoru Ahmet Üzümcü Suriyanın Xan Seyhun əyalətində kimyəvi silah istifadə edildiyi iddiaları ilə bağlı açıqlamasında “laboratoriyalardan gələn ilk nəticələr qurbanların sarin və ya sarinə bənzər bir maddəyə məruz qaldığına işarə edir” deyib.

KSQT iddiaları araşdırmaq üzrə yaradılan ekspert heyətinin topladığı sübutları, ixtisaslaşmış laboratoriyalardakı araşdırmalardan əldə edilən ilk nəticələri paylaşdı. Ahmet Üzümçü ekspert heyətinin hücumda həyatını itirən üç adamın yoxlamasından alınan bio-tibbi nümunələrin iki ayrı laboratoriyada edilən analizlərinin qurbanların sarin və ya sarinə bənzər zəhərli qaza məruz qaldıqlarını ortaya qoyduğunu ifadə etdi.
Üzümçü həmçinin heyətin hələ də xəstəxanalarda müalicələri davam edən yeddi adamdan alınan bio-tibbi nümunələrin yenə iki ayrı laboratoriyada edilən analizlərinin də qurbanların sarin və ya sarinə bənzər zəhərli qaza məruz qaldığını göstərdiyini qeyd etdi.
, Əsəd rejiminin İdlib Xan Seyhun əyalətinə 4 apreldə təşkil etdiyi kimyəvi hücumda çoxu uşaq olmaqla, 100-dən çox vətəndaşın öldüyü, 500 adamın qazdan təsirləndiyi məlum olmuşdu.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button