2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

IHRPA  Azərbaycan hakimiyyətini Abzas Media nümayəndələrini azad etməyə çağırıb

Sənəddə deyilir:

Azərbaycanda həbslərin artması müstəqil fəallara və jurnalistlərə qarşı təzyiqlərin gücləndirilməsinə işarə edir. Beynəlxalq İnsan Hüquqları Müdafiə Assosiasiyası Azərbaycanda azsaylı müstəqil media qurumlarından hesab olan “Abzas Media”nın direktoru Ülvi Həsənli və həmin nəşrin baş redaktoru Sevinc Vaqifqızının həbsini kəskin pisləyir. Beynəlxalq təşkilat eyni zamanda “Abzas Media”ya bağlı  fəal Məhəmməd Kekalovun da həbsindən narahatdır. @Biz Azərbaycan hökumətini onları dərhal həbsdən azad etməyə və bütün ittihamları ləğv etməyə çağırırıq», – daha sonra sənəddə deyilir.

 

Saytların yığılması Saytlarin yigilmasi

 

Təşkilat gesab edir ki, həbslər “Abzas Media”nın hökumətdəki korrupsiya ilə bağlı araşdırma aparması ilə bağlıdır.

 

@İfadə azadlığının ölkə qanunları ilə qorunmasına baxmayaraq, Azərbaycanda media mühiti son dərəcə məhdudlaşdırılıb. Müstəqil jurnalistlər və bloqqerlər özünü senzura etməyə məcbur olu və ya hökumətin repressiyasına məruz qalır. Hazırda azı altı jurnalist siyasi motivli ittihamlarla həbsdədir. Siyasi hakimiyyət televiziya, radio və qəzetlər kimi ənənəvi media orqanlarına demək olar ki, tam nəzarəti həyata keçirib. 2021-ci ilin dekabrında Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib və bu qanun hakimiyyətə medianı və jurnalistləri kiçik əsaslarla sərt şəkildə cəzalandırmaq səlahiyyətini verib. Jurnalistlər də dövlət qeydiyyatından keçməli və digər sərt tələblərə cavab verməlidirlər. Avropa Şurasının Venesiya Komissiyası yeni qanunu beynəlxalq ifadə azadlığı standartlarına cavab vermədiyinə görə tənqid edib», – daha sonra bəyanatda deyilir.

 

Sənədin müəlliflərinin fikrincə, «adları çəkilən jurnalistlərin həbsi Azərbaycanda son dövrlər siyasi motivli həbslərin növbəti nümunəsidir». «2023-cü ilin iyulunda hökumətin korrupsiya siyasətini tənqid edən iqtisadçı və fəal doktor Qubad İbadoğlu saxta ittihamlarla həbs edilib. Əvvəllər siyasi məhbus həyatı yaşamış jurnalist Əvəz Zeynallı əsassız ittihamlarla həbsdədir. İctimai fəal Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından qondarma xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə istintaqa qədər həbsdə saxlanılır», – sənəddə vurğulanır. 

 

IHRPA “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi, “Yüksəliş naminə” qəzeti və bir qrup Azərbaycan QHT-i tərəfindən 2013-cü ildə Belçikada yaradılıb və bu  dövlət tərəfindən rəsmən qeydə alınıb. Beynəlxalq təşkilatın əsas məqsədi riski yüksək olan ölkələrdə insan hüquqları və fundamental azadlıqlarını təbliğ etmək, hüquq müdafiəçilərini dəstəkləmək və dünyada insan hüquqları ilə bağlı halların illik hesabatlarını hazırlamaqdır. 

Təşkilatın rəhbəri, hüquq müdafiəçisi və keçmiş siyasi məhbus Elçin Məmməddir.—06D-

 

 

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button