2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyevlə Nikol Paşinyan görüşdü

Hikmət Hacıyev: “İlham Əliyev bildirib ki, dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır”

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan görüşüblər. Görüş Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında baş tutub.

Toplatı ilə bağlı “Azərtac”-a müsahibə verən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib ki, tərəflər əsirlərin “hamının hamıya” prinsipi əsasənda dəyişdirilməsinin mümkünlüyünü müzakirə ediblər:

«Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, «hamının hamıya» prinsipi əsasında dəyişdirmə tam olmalı dır. O cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır». Hikmət Hacıyevin fikrincə, belə dəyişmə danışıqlar prosesinə müsbət təsir göstərə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Şöbə müdiri onu da deyib ki, İlham Əliyevlə Nikol Paşinyanın görüş zamanı Qarabağ münaqişəsinin nizamlanması və atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsi də müzakirə edilib:

«Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir».

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button