2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlham Əliyev Şuşadan müraciət edib

Çərşənbə günü Prezident İlham Əliyev mərhum Prezident Heydər Əliyevin 100 illiyi münasibəti ilə Şuşadan müraciət edib. O bildirib ki, müraciət üçün Şuşanı məxsusi olaraq seçib:

“Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa zəfərimizin rəmzidir, Şuşa zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan bayrağı qaldırıldı və Şuşanın azad olunması bizim tarixi zəfərimizin əsas hissəsi idi”.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident öz müraciətində Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq “müstəqilliyə gedən yol”un da “məhz Naxçıvandan” başladığını vurğulayıb:

“Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi təsis edilib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb, Sovet İttifaqının və sonrasında artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılıb. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmış və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır”.

İlham Əliyev hesab edir ki, Azərbaycanın müasir siyasal sistemi də məhz Heydər Əliyevin adı il bağlıdır:

“1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasal sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi”.

Prezident müraciətində Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövrünü tənqid edərək o vaxt “talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos” baş veridiyini, “torpaqların əldən getdiyini” qeyd edib.

İlham Əliyev qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonrasında ölkədə sabitlik və təhlükəsizlik yaranıb, ölkə demokratik və iqtisadi inkişafa yönəlib və indi də ölkədə tüm azadlıqlar təmin edilib.

İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib.

Bəzi müxalifət təmsilçiləri və hakimiyyət tənqidçiləri Heydər Əliyevin “4 iyun qiyamı” nəticəsində hakimiyyətə gəldiyini bildirir və hesab edirlər ki, onun yürütdüyü siyasət ölkədə avtoritar rejimin yaranmasına gətirib çıxarıb.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button