2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlham Əliyevin mətbuata “qayğı” şousu ifşa olundu

Bir neçə 100 tirajlıq hökumətyönlü qəzetlərə yardımlar hakimiyyətin mətbuata diqqət və qayğısının yalan olduğunu ortaya qoydu

Ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə 27 qəzetə toplam olaraq 1 milyon manat yardım edilib. Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondu (KIVDF) dünən yardım edilən qəzetlərin siyahısını açıqlayıb.

Əvvəla, onu qeyd edək ki, ölkə başçısının sərəncamının özü qüsurludur. Əgər söhbət KIV-ə dəstəkdən gedirsə, o zaman xəbər portalları da nəzərə alınmalı idi. Hər halda xəbər portalları da KIV hesab edilir. Lakin sərəncamda nədənsə yalnız qəzetlər nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Ikincisi, həftəlik qəzetlər siyahıya salınmayıb. Görünür, KIVDF-nin Müşahidə Şurası ayrılan vəsaiti yenə də “nə qədər az qəzet olsa, bizə çox qalar” prinsipi ilə bölüşdürməyi düşünüblər.

Yardım ayrılan qəzetlərə gəlincə, siyahıda elə çap mediası var ki, jurnalistikada uzun müddət külüng çalmış qələm sahiblərinin belə, onların mövcudluğundan xəbəri yoxdur. Bu qəzetlərin nə böyük tirajı, nə də ictimai rəyə hər hansı təsiri var. Amma bütün parametrlərə, hətta əlifba sırasına görə də syiahıdakı qəzetləri üstələyən, Azərbaycanın ilk müstəqil qəzeti olan “Azadlıq” siyahıdan kənarda saxlanılıb. Doğrudur, “Azadlıq”ın Ilham Əliyevdən yardım gözləntisi olmayıb və bundan sonra da olmayacaq. Bizim bu mövzuya toxunmağımız sadəcə hakimiyyətin “mətbuata qayğı” barədə iddialarının tamamilə əsassız olduğunu, yerli və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığını ortaya qoymaqdır.

Bu məqsədlə kiçik araşdırma apardıq. Əməkdaşmız əvvəlcə Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlayıb. Gün ərzində Əflatun Amaşova dəfələrlə zəng olunsa da, o, telefonu açmayıb. Daha sonra əməkdaşımız KIVDF-nin icraçı direktoru Vüqar Səfərliyə telefon açıb. Vüqar Səfərli qərarı Müşahidə Şurasının verdiyini deyərək “Azadlıq”ın siyahıya salınmamasının səbəblərini Şura üzvlərindən soruşmağı tövsiyyə edib. Bu baxımdan əməkdaşımız Milli Mətbuat Günündə rəhbəri olduğu “Azərbaycan” qəzetində “Azadlıq”ı asıb-kəsən KIVDF-nin Müşahidə Şurasının üzvü, deputat Bəxtiyar Sadıqovla əlaqə saxlayıb. Bəxtiyar Sadıqov bildirib ki, o, Vüqar Səfərli və Müşahidə Şurasının sədri Umud Rəhimoğlunun icazəsi olmadan danışa bilməz.

Umud Rəhimoğlu isə əməkdaşımızla söhbətində “Azadlıq”ın siyahıdan kənarda saxlanılmasını əvvəlcə qəzetdən Mətbuat Şurasına edilən şikayətlərlə əlaqələndirməyə çalışıb. Lakin belə bir halın baş vermədiyi aydın olandan sonra Şura sədri “yardım etdiyimiz qəzetlərdən gözləntilərimiz var” deməklə “Azadlıq”ın müxalifyönlü olduğuna görə siyahıdan kənarda saxlanıldığını etiraf etmək məcburiyyətində qalıb.

Beləliklə, aydın olur ki, hakimiyyətin “mətbuata qayğısı” əslində büdcə vəsaitini nəzarətində olan qəzetlər arasında bölüşdürməkdən ibarətdir. 200 tirajla çıxan qəzetlərə 40 min manat ayrılmasına bundan başqa ad vermək mümkün deyil.

“Azadlıq”ın siyahıdan kənarda saxlanılması isə təbii ki, onun prinsipiallığı, hakimiyyətin qanunsuz əməllərini ifşa etməsilə bağlıdır. Böyük ehtimalla “Azadlıq”la bağlı qərar elə Prezident Administrasiyasından verilib.

KİVDF-dən yardım alan qəzetlərin siyahısını təqdim edirik

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button