2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlhamiz Quliyev ona qarşı cinayət işinin saxtalaşdırıldığını bildirib

Bakı Ağır Cinayətlər Məhkəməsində fəal İlhamiz Quliyevin işi üzrə prosesdə ittiham aktı elan edilib. Fəal narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamını rədd edib və cinayət işinin saxtalaşdırıldığını bildirib.

İclasın əvvəlində Quliyev saxlanılarkən ondan götürülmüş mobil telefonu məhkəməyə verilməsi üçün vəsatət qaldırıb. O deyib ki, telefonda onu izləyən və daha sonra saxlanmada iştirak edən əməliyyatçıların fotoları var. Lakin məhkəmə vəsatətə baxmayıb.

Sonra Quliyevin 234.4.3-cü maddədə (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) nəzərdə tutulmuş əməlləri törətməsi barədə ittiham aktı elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Quliyev özünü günahkar saymayıb, cinayət işini “Abzas Media”ya müsahibəsilə əlaqələndirib ki, orada ekspert kimi çıxış edib. Quliyev uzun müddət müstəntiq köməkçisi olub və müsahibəsində deyib ki, polis “siyasi işlər üzrə saxlanılanların üzərinə narkotik maddə qoyur”.

Bu müsahibədən sonra 2023-cü il oktyabrın əvvəlində 30 sutka həbs edilib. Saxlanma zamanı onun mobil telefonunu götürüblər, ancaq azad edildikdən sonra geri qaytarmayıblar.

Quliyev azad edildikdən sonra bilib ki, sosial şəbəkələrdəki hesabı sındırılıb və başa düşüb ki, ona qarşı cinayət ittihamı irəli sürülə bilər. Ona görə də narkoloji dispanserdə müayinədən keçib və narkotik maddə istifadəçisi olmadığına dair tibbi rəy alıb. Bundan əlavə, o, mülki geyimli şəxslərin onu izlədiyini görüb.

Fəal məhkəmədə bildirib ki, saxlanma zaman kobud fiziki gücə məruz qalıb və polis avtomobilində döyülüb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə aparılanda müstəntiq deyib ki, ona qarşı cinayət işinin açılmasına dair “göstəriş” var. Onu fiziki təsirlə təhdid edərək etirafı imzalamağa məcbur ediblər. Növbəti məhkəmə iclası iyunun 6-na təyin edilib.

*Quliyev dekabrın 4-də saxlanılıb, dekabrın 6-da külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.

Hüquq müdafiəçilərinin fikrincə, İlhamiz Quliyevin həbsinin əsl səbəbi “Abzas Media”ya müsahibəsidir ki, orada polisin qanunsuz hərəkətlərindən və cinayət işlərinin saxtalaşdırılmasından danışıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button