2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlk 50 ailə Xocalıya qayıdacaq

Martın ortalarına qədər ilk 50 ailənin Xocalıya qaytarılması planlaşdırılır. Bu barədə Turan agentliyinə məlumatlı mənbələrdən bəlli olub.

Hazırda bu şəhərdə genişmiqyaslı bərpa işləri davam etdirilir,  yaşayış yerləri və infrastruktur tikilir.

Xatırladaq ki, Şuşa şəhərindən sonra Xocalı Qarabağda azərbaycanlı əhalinin yaşadığı ikinci ən böyük yaşayış məntəqəsi olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bir neçə min əhalisi olan Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  keçmiş sovet ordusunun 366-cı alayının dəstəyilə  erməni birləşmələri tərəfindən işğal edildi.

613 dinc sakin öldürüldü, 170 nəfər itkin düşdü, qalanları isə qaçmağı bacardı.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button