2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlqar Məmmədov müayinə olunub, bərk yataq məsləhət görülüb

«Martın 24-də Ədliyyə Nazirliyinin Səhiyyə Xidmətində çalışan bir neçə həkim İlqar Məmmədovun yanında olub. Xəstəliyi ilə bağlı müayinələr aparıblar».

Bunu Azadlıq Radiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

N.Cəfərli deyib ki, müayinə zamanı İ.Məmmədovda osteoxondroz – fəqərə sütunu xəstəliyi aşkarlanıb: «Bizdə olan məlumata görə, Ədliyyə Nazirliyindən gələn həkimlər bu haqda İlqar Məmmədovun cəza çəkdiyi müəssisənin rəhbərliyinə də məlumat veriblər».

N.Cəfərlinin deməsinə görə, Ədliyyə Nazirliyində gələn həkimlər İ.Məmmədovun yataq şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğunu deyiblər: «Bərk yataq dəsti olmalıdır ki, ən azı ağrıların dərəcəsini azalda bilsin. Bizdə olan xəbərlərə görə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi bu şəraiti yaxşılaşdıracağına söz verib».

İcra katibi bildirib ki, martın 25-də İ.Məmmədovun ailə üzvləri onunla görüşüblər. Lazım olan dərmanlar aparılıb, istifadə edilib, səhhətində nisbi yaxşılaşma var: «Amma bununla belə, Qırmızı Xaç Komitəsinin xətti ilə xarici tibbi mütəxəssisin İ.Məmmədovu müayinə etməsini diqqətdə saxlayırıq. Bu haqda Komitəyə müraciət edilib və ümid edirik ki, bu həftənin sonu bu məsələ də həllini tapacaq».

Penitensiar Xidmətin (PX) mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə İ.Məmmədovun müayinəsinə xarici mütəxəssisin cəlb edilməsi ilə bağlı istəyini belə şərh edib: «Məhkumlar təkcə Penitensiar Xidmətdə fəaliyyət göstərən həkimlərin yox, həmçinin istədikləri mütəxəssislərin müayinəsindən keçə bilər. Yəni, Penitensiar Xidmətin həkimlərinin nəzarəti ilə öz hesabına müalicə edilə bilər, bu, qanunvericiliyin tələbidir».

İlqar Məmmədov ötən həftə ailəsinə zəng vuraraq səhhətinin ağırlaşdığını bildirmişdi. O, xarici həkimlərin müayinəsindən keçmək istədiyini də ailə üzvlərinə çatdırmışdı. Bundan sonra REAL Hərəkatı İ.Məmmədovun bu istəyi ilə bağlı bir sıra beynəlxalq təşkilata müraciət etmişdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button