2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İmran Əliyev polis idarəsində yenidən döyüldüyünü bildirib

Bu gün Bakı Apellyasiya Məhkəməsi meclis.info saytının təsisçisi İmran Əliyevin iki ay müddətinə həbsindən verdiyi şikayəti təmin etməyib.

Əliyevin yaxınları bildiriblər ki, aprelin 19-da Əliyev Xətai Rayon Məhkəməsində Bakı Baş Polis İdarəsində işgəncəyə məruz qaldığını deyib. Məhkəmədən sonra o, Xətai Rayon Polis İdarəsinə aparılıb, burada polis idarəsində işgəncələrdən şikayət etdiyi üçün yenidən döyülüb. Daha sonra onu hansısa sənədi imzalamağa məcbur ediblər. Yaxınlarının sözlərinə görə, İmranın bədənində zorakılıq izləri görünür.

Öz növbəsində, DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bu iddiaları “əsassız  iddialar, şəxsi mülahizələr” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

* İmran Əliyev aprelin 18-də hökumətyönlü Qafqaz.info saytında Abzas Media və Toplum TV-nin əməkdaşları ilə birlikdə onun da pul qaçaqmalçılığı ilə əlaqəsi olduğu haqqında məqalə dərc edildikdən sonra saxlanılıb.

Aprelin 19-da məhkəmə Əliyevi iki ay müddətinə həbs edib. Məhkəmədə o, etiraf ifadəsi vermək məqsədilə döyüldüyünü və elektrik cərəyanından istifadə ilə işgəncələrə məruz qaldığını bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button