2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyatiqtisadiyyat

İncə üsullar: Supermarketlər sizi daha çox pul xərcləməyə necə vadar edir?

Britaniyada bir alıcı orta hesabla ildə 221 dəfə supermarketə gedir. Hər market səfəri ehtiyacımız olmayan məhsulları səbətimizə atdırmaq üçün bir fürsətdir. Bəs bunu nə üçün edirik?

Bunu başa düşmək üçün daha çox satmağın yollarını tapmaq məqsədilə milyonlarla pul xərclənən supermarketlərin diqqətlə idarə olunan marketinq bölmələrinə bir addım atmaq lazımdır.

Hər şey yerləşdirmədə həll olunur

Məhsulların yerləşdirilmə üsulu satış miqdarının artırılmasına təsir edir. Heç kassa sırasına girdiyiniz zaman şokolad qutusunun sizə göz vurduğunun fərqinə varmısınız?

Saytların yığılması Saytlarin yigilmasi

Şirniyyat və jurnalları çıxışa doğru yerləşdirmək onların satışlarını artırır. Bu strategiya xüsusilə uşaqlar üzərində təsirlidir.

Britaniyada aparılan bir sorğu göstərir ki, valideynlərin 83 faizi kassada gözləyərkən övladları tərəfindən zərərli qidalar almaq üçün təzyiqə məruz qalır, 75 faizi isə bu zərərli qidaları almağa məcbur olur.

Yumurta və çörək kimi əsas qidaları axtarırsınız?

Marketə, sadəcə, süd almaq üçün daxil olub beş paketlə çıxdığınız olubmu? Bəzi supermarketlər süd, çörək kimi əsas qida məhsullarını girişdən uzaq hissələrə yerləşdirirlər. Beləcə, hədəfə çatmaq üçün irəliləyərkən bir çox başqa məhsulla qarşılaşırsınız.

Bu məhsulların özlərini də bir-birilərindən uzaqda yerləşdirirlər.

Bəzən yumurta mağazanın ən axırında gizlənir. Yumurta ovu sizi bütün supermarketi gəzməyə məcbur edir. Daha çox zaman keçirmək daha çox pul xərcləməyə gətirib çıxarır.

Endirimlər ən sondadır

Hədiyyələr və xüsusi endirimlər daha çox göründüyü üçün, adətən, sona doğru yerləşdirilir.

İnsanların 30 faizi endirimli malları ortada deyil, sonda olduqda almağa daha çox meylli olduqlarını deyirlər.

Meyvə və tərəvəzlər

Təzə meyvə və tərəvəzlər, adətən, supermarketlərin girişində yerləşdirilirlər.

Çünki sağlam qida almaq insanların əhval-ruhiyyəsini yüksəldir və onları zərərli məhsullar almaqla bağlı düşüncələrdən daha yaxşı hiss etdirir.

Qiymət strategiyaları

Endirimli məhsul almağı hər kəs sevir.

Kantar araşdırma şirkətinin araşdırmasına görə, Britaniyada ərzaq alış-verişinin 40 faizi irəliləyişli satışlardır.

Bəs istehlakçıla,r həqiqətən, yaxşı qiymətə alış-veriş edə bilirlərmi?

Daha çox almağa təşviq

4 lirəyə iki tort almaq fürsət deyil, sadəcə, hesabdır.

Ancaq tort 3 lirədirsə, ikisi 4 lirə olsa, yaxşı bazarlıq olar.

Yumurta

Bilinməyən qiymətlər

Müştərilərin əksəriyyəti, təxminən, 20 əsas məhsulun qiymətinə dair məlumata sahibdir.

Bu məhsullar adətən, çox ucuz qiymətə satılır, lakin digər məhsulların qiyməti yüksək olur.

Supermarketlər daha çox xərcləməyimiz üçün bizi manipulyasiya edirlər?

Qoxu

Qoxunun xatirələrlə güclü bir bağı var və supermarketlər də qoxu vasitəsilə yaxşı xatirələri canlandıraraq satın alma impulsunu dəstəkləyirlər.

Yeni bişən çörəyin qoxusu sizə təndiri xatırladır və bir də görürsünüz ki, marketdən əlinizdə simitlərlə çıxmısınız.

Gözə xitab

Supermarketlər rəngli qidalar və görə bildiyiniz qədər hədiyyəli məhsullarla gözlərinizə ziyafət verirlər.

Premium məhsullar göz səviyyəsindədir.

Uşaqlar üçün qarğıdalı lopaları aşağı rəflərdə ola bilər. Uşaqlar qablaşdırmanın üzərindəki obrazlarla göz təması qurduqda onlarla bir bağ yaradır və daha çox şey almaq istəyirlər.

Səslər

Supermarketlərdə səslənən musiqi sizin alış-veriş vərdişlərinizə təsir edir.

Məsələn, sakit ritmli musiqi sizin marketdə daha çox vaxt keçirməyinizi təmin edir. Bu da daha çox məhsul almaq deməkdir.

Bəzi supermarketlər döşəmələrini kiçik plitələrlə döşəyirlər. Beləliklə, sürətli getdiyinizi düşünür və yavaşlayırsınız.

Musiqi nə aldığınıza da təsir edir. Araşdırmalar göstərir ki, klassik musiqi sizi daha bahalı şərablar almağa təhrik edir. Fransız musiqiləri fransız şərablarına yönəldir.

Daha az pul xərcləmək üçün beş məsləhət

  • Siyahı hazırlayın və ona əməl edin
  • Fikrinizdə bir büdcə təyin edin
  • Yalnız nağd pul xərcləyin
  • Ac olduğunuz zaman alış-veriş etməyin
  • Onlayn alış-verişə cəhd edin

The post İncə üsullar: Supermarketlər sizi daha çox pul xərcləməyə necə vadar edir? appeared first on 24 saat.

“24 saat “İncə üsullar: Supermarketlər sizi daha çox pul xərcləməyə necə vadar edir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button