İndoneziya Boeing ilə razılığa gəlib: 24 ədəd F-15EX döyüş təyyarəsi alacaq
2023-08-22 15:02:50
class=”mediyanet-inline-adv”>
İndoneziya hava qüvvələrini modernləşdirmək üçün ABŞ-ın təyyarə istehsalçısı Boeing-dən döyüş təyyarələri alacağını açıqlayıb.
Şirkətdən verilən açıqlamada ABŞ-ın Missuri əyalətindəki Boeing obyektində İndoneziya Müdafiə Nazirliyi rəsmiləri ilə keçirilən görüşdə 24 ədəd F-15EX döyüş təyyarəsinin satışı ilə bağlı anlaşma memorandumu imzalandığı bildirilib. Açıqlamada satışın ABŞ hökumətinin təsdiqindən sonra baş tutacağı bildirilib. İndoneziya Müdafiə Naziri Prabowo Subianto mövzu ilə bağlı verdiyi açıqlamada, “Bu ən müasir döyüş təyyarəsi inkişaf etmiş imkanları ilə xalqımızı qoruyacaq və təhlükəsizliyini təmin edəcək” dedi.
F-15EX elektron uçuş idarəetmə sistemi, elektron döyüş sistemi, rəqəmsal kokpit, ən son missiya və proqram sistemləri ilə F-15 döyüş təyyarələrinin ən təkmil versiyası kimi tanınır.
class=”mediyanet-inline-adv”>
İndoneziya Amerika F-16, Rusiya istehsalı Su-27 və Su-30 təyyarələrinin daxil olduğu hava donanmasını yeniləmək üçün müdafiə büdcəsini artırıb. Bu il 8,1 milyard dollarlıq müqavilə ilə Fransa istehsalı olan 42 Dassault Rafale döyüş təyyarəsi alan İndoneziya hökuməti, 800 milyon dollar xərcləyərək 12 ikinci əl Mirage 2000-5 tipli döyüş təyyarəsini də inventarına əlavə etdi.
Ötən il ABŞ administrasiyası F-15ID təyyarələri və avadanlıqlarının İndoneziyaya 13,9 milyard dollara potensial satışını təsdiqləyib.
Tərcümə“24 SAAT”