2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İndoneziyada 6,4 bal gücündə zəlzələ: 1 ölü, 9 yaralı var

2023-07-01 11:29:37

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) verdiyi açıqlamaya görə, yerli vaxtla saat 19.58 radələrində İndoneziyanın Yava adasında 6,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ 25 kilometr dərinlikdə qeydə alınarkən, episentrinin Yoqyakarta Xüsusi Bölgəsinin Bantul şəhəri sahillərində olduğu bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, Yoqyakarta bölgəsində və Mərkəzi Yava əyalətində onlarla ev, ofis, səhiyyə və təhsil mərkəzlərində cüzi dağıntılar baş verib.

Həmçinin 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilib. Təhlükəsizlik kameralarına düşən zəlzələ anında insanların sarsıntıdan təşviş içində qaçdığı görülüb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button