2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İnfeksionist: 'Azərbaycan koronavirusla bağlı yeni dalğanın başlanğıcındadır'

“Azərbaycan koronavirusla bağlı yeni dalğanın başlanğıcındadır”. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin səhifəsində yayımlanan canlı efirdə belə deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda yoluxma hallarında yetərli artımlar olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Mütəxəssis-ekspert bu dalğanın uzunmüddətli olmayacağını, bir neçə həftə davam edəcəyini vurğulayıb: “Hər birimiz müəyyən mənada risk qarşısındayıq. Xəstəliyin çox yayıldığı dövrlərdə pandemiya davranışı formalaşmışdı. Hər kəs öz risklərini müəyyənləşdirirdi. Qoruyucu tədbirlər hələ də öz qüvvəsindədir”.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir: “Azərbaycanın koronavirusla mübarizədə iki illik təcrübəsi var. İlk vaxtlarda xəstəliklə əlaqədar ən sərt tədbirlərin görülməsi pandemiya ilə bağlı məlumatların azlığından irəli gəlirdi. Ancaq bu gün görürük ki, “Omikron” ştammının yüksək yoluxduruculuq qabiliyyəti olsa da, ağır xəstələnmə hallarının sayı azdır”.

Son həftələrdə koronavirus infeksiyasına yoluxmada yenidən artım müşahidə edilir. Azərbaycanın səhiyyə qurumları əhalini ehtiyatlı olmağa çağırır, tibbi maskadan, respiratorlardan istifadəni tövsiyə edir.

Rəsmi rəqəmlərə görə, indiyədək Azərbaycanda ümumilikdə 794 min 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 90 nəfər müalicə olunaraq sağalıb, 9 min 727 nəfər vəfat edib. Aktiv xəstə sayının mini ötdüyü bildirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button