Loading...
Loading...
Xəbərlər

İnflyasiya ilə bağlı fərqli açıqlamalar: 13 yoxsa 35?

Azərbaycanda 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksinin 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 13 faiz artdığı bildirilir.

Bu barədə bu gün, avqustun 10-da Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumata görə, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 18.7 faiz bahalaşıb. Bu rəqəm, rəsmi açıqlamaya görə, qeyri-ərzaq məhsulları üzrə 7, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.1 faiz təşkil edib.

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, inflyasiya ilə bağlı Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, yanvar-iyul aylarında gerçək inflyasiyanın səviyyəsi 35-40 faiz təşkil edib: “Bəzi ərzaq məhsullarında ötən ilin müvafiq dövrü ilə müqayisədə inflyasiya 50-60 təşkil edib. Bəzən isə qiymətlər iki dəfə artıb”.

İqtisadçı qeyd edib ki, ötən dövrdə pensiyalar 9-10 faiz, əmək haqları isə 12-13 faiz artıb deyə, rəsmilər inflyasiya artımını 13 faizdən artıq yaza bilmir: “Əslində isə vəziyyət qat-qat pisdir”.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Ağdamda xəstəxana əməkdaşları zəhərlənib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button