2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“İnsan Hüquqları Evi” Fondu Azərbaycan hakimiyyətini repressiyalara son qoymağa çağırıb

Bakı/15.12.23/Turan: Norveç “İnsan Hüquqları Evi” Fondu Azərbaycanda müstəqil KİV-ə və tənqidi səslərə qarşı hazırkı repressiya dalğasından narahatdır.

« Son 25 gündə ən azı 11 jurnalist və hüquq müdafiəçisi öz fikirlərini qanuni ifadə etdiklərinə görə şübhəli və əsassız ittihamlarla həbs edilib.

Bu hadisələr 7 fevral 2024 – cü il tarixli növbədənkənar prezident seçkilərində Azərbaycan mediasına və narazı səslərə narahatedici hücumdur”, – məlumatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Təşkilat Azərbaycan hakimiyyətini yeni həbs olunanlara qarşı cinayət işlərinə son qoymağa və onları  dərhal azad etməyə çağırır.

« Biz Azərbaycan hakimiyyətini çağırırıq:

– beynəlxalq hüquq üzrə öhdəliklərinə riayət etməyə və ittihamları dərhal ləğv etməyə, həbs edilmiş hüquq müdafiəçilərini və jurnalistləri azad etməyə;

– həbsdə olanların peşəkar tibbi yardıma çıxışını təmin etməyə;

– saxlanılanların öz ailələri və vəkillərilə ünsiyyətinə, o cümlədən telefonla əlaqə saxlamasına icazə verməyə;

–  saxlanılanlara qarşı amansız rəftar və işgəncə hallarını operativ və hərtərəfli araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə;

– öz fikrini sərbəst ifadə etməyə icazə verməyə, jurnalistlərin və vətəndaş fəallarının fəaliyyətini repressiyalardan qorumağa;

– ifadə azadlığının sıxışdırılmasına son qoymağa, azad vətəndaş məkanı üçün əlverişli mühit yaratmağa”, – bəyanatda deyilir..

* Norveçdə fəaliyyət göstərən “İnsan Hüquqları Evi” Fondu Avropanın bir çox insan hüquqları təşkilatlarını birləşdirir.-16

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button