Loading...
Loading...
Texnologiya

İnsayderlər: Apple iPhone-da ekranın alt hissəsinə inteqrasiya edilmiş kameradan istifadəni təxirə salıb

    Apple şirkətinin çıxıntısız ekranlı iPhone modelini təqdim etmək istəməsi ilə bağlı olan planları barəsində yeni məlumat verilib və verilmiş məlumat heç də yaxşı xəbər deyil. Belə ki, insayderlər bildiriblər ki, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib iPhone modelinin təqdim edilməsini hələlik təxirə salıb. Apple artıq neçə illərdir ki, ön kameranın ekranın alt hissəsinə yerləşdirilməsi texnologiyası üzərində çalışır. Buna baxmayaraq insayderlər xəbər veriblər ki, keçən ay şirkət rəhbərliyi əsas diqqəti üz skanı texnologiyası olan Face ID-nin təkmilləşdirilməsinə ayırmağı qərara alıb. Məlumatda həmçinin qeyd edilib ki, daha öncə Touch ID texnologiyası ilə məşğul olmuş komanda da Face ID komandasına qoşulub.

    İnsayderlər bildiriblər ki, hal hazırki mərhələdə ekranın alt hissəsinə inteqrasiya edilən ön kamera şirkətin yüksək standartlarına cavab vermir. Buna görə də bu cür ön kameranın bu ilki iPhone 14 smartfon seriyasında gözləmək lazım deyil. Ekranın alt hisəssinə inteqrasiya edilən ön kameraya sahib iPhone-nun 2023-cü ildən tez satışa çıxacağı gözlənilmir. Qeyd etmək lazımdır ki, bununla belə Apple Face ID texnologiyasının daimi şəkildə təkmilləşdirilməsi ilə də məşğul olur. Məsələn bir neçə müddət bundan öncə şirkət Face ID üçün yeni funksiya təqdim etmişdi və həmin funksiya hətta istifadəçinin qoruyucu maskadan istifadə etdiyi zaman da onun üzünü skan etməyə imkan verir.

Gözdən qaçırmayın:  Youtube ilə daha sərt rəqabət?: TikTok 10 dəqiqəlik videoları dəstəkləməyə başlayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button