Loading...
Loading...
Texnologiya

İnsayderlər iPhone 14-də olacaq dəyişikliklər barəsində məlumatlar veriblər

    Verilmiş məlumata əsasən Apple şirkəti payız fəslində təqdim ediləcək yeni iPhone 14 smartfonlarının irimiqyaslı istehsallarına hazırlaşmaq üçün sözügedən smartfonların test məqsədli istehsallarına start verib. Çinli insayderlər isə bu il təqdim ediləcək iPhone 14 smartfonlarında hansı dəyişikliklərin olacaqları barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən iPhone 14 modeli 6.1 düym, iPhone 14 Max modeli isə 6.7 düym ekran ilə təchiz olunacaq. Sözügedən modellərin ekranları üzərlərində ənənəvi çıxıntı hissə mövcud olacaq. Lakin iPhone 14 Pro iPhone 14 Pro Max modellərinin ekranları üzərlərində iki ədəd çıxıntı hissə yerləşdiriləcək.

    Yerləşdiriləcək çıxıntı hissələrdən biri kiçik dairəvi formada, digəri isə uzunsov formada olacaq. Bununla belə bütün iPhone 14 modellərinin ekranları 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər. Verilmiş yeni məlumatda insayderlər təsdiqləyiblər ki, bu il iPhone 14 mini modeli olmayacaq. Ümumiyyətlə Apple şirkəti iPhone mini seriyasından imtina edib. Şirkət onu iPhone Max ilə əvəzləyəcək. Bununla yanaşı bu ilki iPhone 14 seriyasının Pro modelləri ilk dəfə olaraq 8 GB RAM ilə təchiz olunmalıdırlar. Məlumata əsasən Apple iPhone 14 Pro modellərini 48 MP-lik əsas kamera ilə təchiz edərək smartfonların çəkiliş imkanlarını daha üst səviyyəyə yüksəldəcək. Bütün bu yeniliklər səbəbilə smartfonların satış qiymətlərində artımın olacağı gözləniləndir.

24 saat” “İnsayderlər iPhone 14-də olacaq dəyişikliklər barəsində məlumatlar veriblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Lenovo şirkəti Lenovo Legion Y90 adlı yeni gamer smartfonunu təqdim edib - QİYMƏTİ

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button