Loading...
Loading...
Texnologiya

Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)

    Son 1 həftə ərzində Instagram kütləvi şəkildə Azərbaycan və bir sıra ölkələrdə musiqili videoları bloklamağa başlayıb. Səbəb isə videolar üçün istifadə olunan musiqilərin müəllif hüquqlarının pozulmasıdır. Lakin istifadəçilərə göstərilən bildirişdə videoların Azərbaycan ilə yanaşı bir sıra Afrika, Mərkəzi Amerika və digər IEOÖ-də (İnkişaf Etməkdə Olan Ölkələr) bloklandığı göstərilir. Burada isə əsas sual ortaya çıxır ki, videolar niyə məhz bu ölkələrdə bloklanır? Məsələ ilə bağlı texnobloqer Fərid Pərdəşünas technote.az -a açıqlama verib:

    “İlk öncə biz bilməliyik ki, Instagram-da yalnız müəlliflik hüququ özümüzə məxsus olan video və fotolar paylaşa bilərik. Bu cür görüntülərdə başqasına məxsus olan bir musiqi parçasını istifadə etmək, birbaşa müəlliflik hüququnun pozulmasıdır. Instagram isə bunu yalnız məhdud ölkələrdə tətbiq edir. Bunun səbəbi isə əslində sadədir. İlk olaraq videolarda musiqilərin istifadəsi ilə bağlı Instagram 2020-ci ilin 20 May tarixində yeni qaydalar toplusu qəbul edib. Bu qaydalar ilə ınstagramın rəsmi saytından tanış ola bilərsiniz. Beləki Instagram-ın “Instagram music” adlanan musiqi servisi yalnız onların partyonrlarının olduğu ölkələrdə aktivdir. Bu servis vasitəsilə Instagram insanlara musiqilərdən istifadə imkanını yaradır. Lakin bu servis bizim ölkədə aktiv deyil. Əlavə olaraq musiqilərdən videolarda istifadəyə o ölkələrdə icazə verilir ki, Instagram-ın həmin ölkədə müəllif hüquqlarını qoruyan partnyor şirkəti olsun. Instagram belə şirkətləri “rights holders” adlandırır. Yeni qaydalara görə hətta siz musiqidən istifadə edən zaman, müəllifin adını, kanalını işarələyib, ona keçid versəniz belə bloklana bilərsiniz. Insagram yalnız rəsmi icazə ilə, musiqilərin müəllif hüquqları tam qorunduqda belə videoların yayılmasına imkan verir. Bunu isə təyin etmək üçün Instagram “rights holders”lər ilə əməkdaşlıq etməlidir.

     Lakin, biz bilirik ki, Instagram Azərbaycanda heç bir “rights holder” yaxud musiqi leybılı ilə əməkdaşlıq etmir. Buna görə də həmin musiqilərin heç birinin müəllif hüquqlarını qoruya bilmədiyi üçün, ən asan yol olan bloklamağa əl atır. Yəni, siz bu musiqini Instagramın əməkdaşlıq etdiyi şirkətin olduğu ölkədən paylaşsaydınız, bu belə olmayacaqdı. Siyahıda olan ölkələrə nəzər salanda da görmək olar ki, Instagram üçün maraqlı olmayan bazarların adları burada yer alır. Belə vəziyyətdə vətəndaşların və sosial media istifadəçilərin edə biləcəyi heçnə yoxdur. Sadəcə özümüzün bəstəsi olmayan heç bir musiqidən istifadə etməli deyilik. Ümid edək ki, Instagram ölkəmizdən olan bir şirkətlə əməkdaşlığa başlayıb, müəllif hüquqlarının təmin edilməsinə şərait yaradar.” 

 

Gözdən qaçırmayın:  Xiaomi 12 Lite smartfonunun qutu açılışı videosu ortaya çıxıb (VİDEO)

24 saat” “Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button