2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Instagram istifadəçiləri özəl mesaj göndərmədən Stories paylaşımlarına reaksiya bildirə biləcəklər

    Instagram sosial şəbəkəsi Private Story Likes adlı funksiyanın inteqrasiyası üzərində çalışır. Bu funksiya vasitəsilə istifadəçilər bu və ya digər Stories paylaşımına reaksiya bildirə biləcəklər. Bununla belə bu halda Stories paylaşımının müəllifinə ayrıca mesaj göndərməyə ehtiyac qalmayacaq. Daha öncə hər hansı bir Stories paylaşımına smaylik vasitəsilə reaksiya bildirən zaman seçilmiş smaylik mesaj şəklində Stories paylaşımını etmiş müəllifə göndərilirdi.

    Beləliklə yeni funksiya mesaj bölməsinə əlavə mesaj göndərmədən Stories paylaşımına reaksiya bildirmək imkanını verəcək. Maraqlısı ondadır ki, Stories paylaşımlarında reaksiyaların ümumi sayını əks etdirən xüsusi sayğac göstərilməyəcək. Bu isə sosial şəbəkənin istifadəçilərin ana səhifələrində kontentlərin əks etdirilməsi üsulundan tamamilə fərqlənir. Qeyd etmək lazımdır ki, Instagram istifadəçilərin ana səhifələrindəki gizli like etmə özəlliyini 2 ilə yaxın test edirdi. Stories paylaşımlarına verilmiş reaksiyalara gəldikdə isə onları yalnız paylaşımın statistikasında görmək mümkün olacaq. 

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “Instagram istifadəçiləri özəl mesaj göndərmədən Stories paylaşımlarına reaksiya bildirə biləcəklər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button