2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

iPhone 14 Pro-nun CAD render fotoları ortaya çıxıb

    Bu il təqdim ediləcək iPhone 14 seriyasının Pro modelinin CAD renderləri internetdə ortaya çıxıb. Məlumata əsasən iPhone 14 Pro modeli hal hazırda aktual olan iPhone 13 Pro kimi 6.1 düym ekran ilə təchiz olunacaq. Bununla belə yeni smartfonun ekranının yuxarı mərkəz hissəsində 1 geniş çıxıntı əvəzinə ekran üzərində 2 ədəd çıxıntı yerləşdiriləcək. Onlardan biri dairəvi, digəri isə bir qədər uzunsov formada olacaq. Həmin çıxıntılar daxilində Face ID sistemi və ön kamera yerləşdiriləcək. Ekranın 120 Hz-lik təsvir yenilənməsinə sahib olacağı gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

    Son məlumatlara əsasən iPhone 14 Pro modeli A16 Bionic prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Pro modellərdən fərqli olaraq isə adi iPhone 14 və iPhone 14 Max modellərinin keçən ilki A15 Bionic prosessoru ilə təchiz olunacaqları güman edilir. Ortaya çıxmış CAD renderlər smartfonun sahib olacağı arxa kamera dizaynını qiymətləndirmək imkanını verirlər. CAD renderlərdən də görmək olar ki, kvadrat formasında olan arxa kamera sahəsi özündə 3 ədəd kamera obyektivini, işıqlandırma sistemini, LiDAR skanerini və mikrofonu birləşdirir. Smartfonun kənar hissələrində isə fiziki idarəetmə düymələri yerləşəcəklər. 

24 saat” “iPhone 14 Pro-nun CAD render fotoları ortaya çıxıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button