Loading...
Loading...
Texnologiya

iPhone 14 Pro-nun dizaynı və əsas kamerası barəsində yeni məlumatlar verilib

    Apple şirkətinin bu il təqdim edəcəyi flaqman iPhone modeli barəsində yeni məlumatlar ortaya çıxıb. Söhbət, iPhone 14 Pro-dan gedir. İnsayderlər sözügedən smartfonun dizaynı barəsində eskizlərlə yanaşı həmçinin onun əsas kamerası barəsində də məlumatları təqdim ediblər. Beləliklə insayderlərin təqdim etmiş olduqları dizayn eskizlərinə əsasən bu il iPhone 14 Pro modelinin ekranı üzərindəki ənənəvi çıxıntı hissə ekran üzərində yerləşdirilmiş iki ədəd kiçik çıxıntı ilə əvəz ediləcək. Onlardan biri dairəvi formada, digəri isə oval formada olacaq. Dairəvi formada olacaq çıxıntının diametri 5.59 mm, oval formada olacaq çıxıntının diametri isə 7.15 mm təşkil edəcək. Həmin çıxıntı hissələr isə özlərində ön kamera ilə Face ID sistemini birləşdirəcəklər.

    Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 13 Pro Max-ın ekranı üzərində olan çıxıntı hissənin diametri 26.83 mm təşkil edir. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, iPhone 14 Pro-nun ekran ətrafı çərçivələri də daha nazik olacaqlar. Belə ki, onların qalınlıqları 1.95 mm təşkil edəcək.  Məlumatda qeyd edilib ki, iPhone 14 Pro-nun arxa kameralarından ən əsası 48 MP-lik olacaq. Apple şirkətinin 48 MP-lik kamera obyektivinə keçid edəcəyi səbəbilə onun hündürlüyü bir qədər daha uzun olacaq. Bununla yanaşı şirkət iPhone 14 modellərinin kameralarında qonşu piksellərin birləşdirilməsi texnologiyasını da reallaşdıra bilər. Bu cür texnologiya kamera matrisasının işıq həssaslığını yüksəldir və nəticədə yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotoların çəkilməsi imkanı yaranır. iPhone 14 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim ediləcəyi güman edilir.

24 saat” “iPhone 14 Pro-nun dizaynı və əsas kamerası barəsində yeni məlumatlar verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Britaniya Yer kürəsinin orbitində Günəş elektrostansiyasını inşa etməyi planlaşdırır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button