2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran Brüsseldə keçirilən üçtərəfli görüşün yekunlarından narazıdır

Ali liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti aprelin 5-də keçirilən Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşünü tənqid edib.

Vilayəti Al-Mayadeen telekanalına müsahibəsində belə deyib: “Avropa İttifaqı və ABŞ NATO çərçivəsində Brüsseldə toplanıblar və guya sülhün bərqərar olunmasına yardım məqsədilə yeni hücum planı və Cənubi Qafqaz regionuna qanunsuz müdaxilə haqqında yeni qərar qəbul ediblər”.

Əslində Qərb “bu regionun ölkələrinin təhlükəsizliyini və müstəqilliyini məhv etmək bahasına hərbi iştirak üçün bəhanə axtarır”.

Saytların yığılması Saytlarin yigilmasi

“Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm hissəsidir, İran bu regionun bütün ölkələrinin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü hər zaman qoruyacaq və Aİ, NATO və ABŞ-ın Brüsseldə qəbul etdiyi son qərar heç bir halda həyata keçirilməyəcək”, deyə o qeyd edib. 

Xatırladaq ki, Brüsseldə Qərbin təhlükəsizlik və iqtisadiyyat sahəsində Ermənistana yardım ayırması haqqında qərar qəbul edilib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button