2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran mediası: Suriyada İsrailin “zərbəsi nəticəsində” iranlı komandir öldürülüb

İran dövlət mediası bildirib ki, ölənlər arasında İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Məhəmməd Rza Zahedi də var.

Bir İran xəbər agentliyi beş nəfərin, Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqlları Müşahidə qrupu isə 8 nəfərin öldüyünü bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

İran səfirliyi və konsulluq Dəməşqin mərkəzində yerləşir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehran bu gün Dəməşqə hücumun arxasında duran “təcavüzkarlara” qarşı tədbirlər görmək hüququnu özündə saxlayır.

“Reuters”in məlumatına görə, Nasser Kanaani “Tehran təcavüzkara qarşı cavab və cəzanın növünə qərar verəcək” deyib.

Həm İran, həm də Suriya İsraili Dəməşqin mərkəzində hücumu həyata keçirməkdə ittiham edir. İsrail ittihamlara cavab verməyib və xarici medianın xəbərlərini şərh etmədiyini bildirib.

İsrail son bir neçə ildə Suriyada İranla əlaqəli hədəflərə yüzlərlə hücum həyata keçirib, lakin zərbələri nadir hallarda etiraf edir.

Xəbər yenilənir.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button