2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran nüvə sazişi danışıqlarında irəliləyiş var

İran və dünya gücləri 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün keçirilən danışıqlarda tərəqqi əldə ediblər.

Avropa İttifaqının bu danışıqlardakı nümayəndəsi Enrik Mora aprelin 20-də özünün Twitter hesabından yazıb ki, danışıqlar gələn həftə davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Vyanada danışıqlar İran, Çin, Rusiya, Fransa, Almaniya və Britaniya arasında aparılır.

Birləşmiş Ştatlar danışıqlarda Avropa İttifaqının araçılığı ilə dolayısı ilə iştirak edir.

Avropa İttifaqının bəyanatında deyilir ki, danışıqlar prosesində sanksiyaların qaldırılması və İranın öhdəliklərə qayıtması istiqamətində irəliləyiş əldə olunub.

Bu da xəbər verilir ki, danışıqları müşahidə edən birgə komissiya üçüncü ekspert qrupunun yaradılması barədə qərar qəbul edib.

Bu qrup əldə olunan razılaşmaların hansı mərhələlərlə həyata keçirilməsi üzərində işləyəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays üçüncü işçi qrupun yaradılmasını alqışlayıb, lakin əlavə edib ki, hələ qarşıda görüləcək çox iş var.

İranın baş nüvə danışıqçısı Abbas Araqçi aprelin 20-də deyib ki, Vyana danışıqlarında irəliləyiş olsa da, əgər Tehran “əsassız tələblərlə”, vaxtın uzadılması və ya səmərəsiz sövdələşmə cəhdləri ilə üzləşərsə, İran danışıqları tərk edə bilər.

Vyanada keçirilən danışıqlardan məqsəd 2015-ci il sazişinin dirçəldilməsidir. Birləşmiş Ştatlar bu razılaşmanı 2018-ci ildə birtərəfli qaydada tərk etdikdən sonra sazişin icrası məsələsində böhranlı vəziyyət yaranıb.

Məkik diplomatiyası

Vyana danışıqılarında Avropa İttifaqı qonşu otellərdə qalan ABŞ və İran nümayəndələri arasında məkik diplomatiyasını həyata keçirir.

Buna səbəb Tehranın hələki Vaşinqtonla üzbəüz danışıqlardan imtina etməsidir.

Avropa İttifaqının aprelin 20-də verdiyi bəyanatda deyilir ki, danışıq iştirakçıları diplomatik səylərini davam etdirmək əzmindədirlər.

Bəyanatda qeyd olunur ki, ABŞ və danışıqların digər iştirakçıları arasında daimi əlaqə var.

Rusiyanın danışıqlardakı nümayəndəsi Mixail Ulyanov deyib ki, iştirakçılar “İran nüvə saizşinin tam bərpasına aparan praktik addımlar atmalıdırlar”.

5 dünya gücü və İran 2015-ci il sazişinin tərəfləri olaraq qalırlar.

Bu sazişə görə İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində Tehran üzərindəki beynəlxalq sanksiyalar qaldırlmalıdır.

ABŞ İranın iştirakından “məmnundur”

Lakin keçmiş ABŞ prezidenti öz ölkəsini bu sazişdən birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə sanksiyalar bərpa olunub və İran saziş üzrə öhdəliklərindən geri çəkilib.

İran indi bildirir ki, onun üzərinə Tramp tərəfindən qoyulmuş sanksiyalar qaldırılmayana qədər 2015-ci il sazişin öhdəliklərini icra etməyəcək.

ABŞ-ın yeni prezidenti Co Bayden deyib ki, İranın üzərinə sazişlə əlaqəsi olmadan qoyulmuş bütün sanksiyalar qaldırılacaq.

Bu arada İran hökuməti bildirir ki, ölkənin ən böyük nüvə obyekti Natanz zavoduna qarşı təxribatdan sonra Tehran texniki qabiliyyətini itirmədiyini nümayiş etdirmək məqsədilə uranın 60 faizədək zənginləşdirilməsimnə başlayıb.

Bununla yanaşı Tehran bildirir ki, prosesi geri döndərmək mümkündür və əgər sanksiyalar qaldırılsa, İran da saziş üzrə öhdəliklərinə qayıdar.

Bayden İranın uranın zənginləşdirlməsi faizinin artırılması barədə qərarını pisləyib, amma deyib ki, “Birləşmiş Ştatlar Tehranın danışıqlarda iştirak etməsindən məmnundur”.

24 saat” “İran nüvə sazişi danışıqlarında irəliləyiş var” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button