2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran Prezidenti İbrahim Rəisi kimdir?

Mayın 19-da baş vermiş hadisədən sonra xilasedicilər cənab Rəisini və digər yüksək rütbəli İran rəsmilərini daşıyan helikopteri axtarırlar.

63 yaşlı Rəisi İranın ali dini lideri Ayətullah Əli Xameneyinin mümkün xələfi sayılır. Belə ki, bəzi təhlilçilərə görə, o, Xameneyidən sonra onu əvəz edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra Tehranın prokuroru, sonra İranın Baş Təftiş Təşkilatının rəhbəri və məhkəmə hakiminin birinci müavini olub.

2014-cü ildə, o, İranın Baş prokuroru təyin edilib.

2017-ci ildə Rəisi çoxları üçün gözlənilməz olsa da, prezidentliyə namizədliyini irəli sürüb, amma qalib olmayıb.

O, 2019-cu ildə ədliyyə orqanlarının rəhbəri təyin edilib.

Rəisi İslam Respublikası tarixində ən aşağı seçici fəallığının qeydə alındığı 2021-ci il İranın prezident seçkilərində qalib gəlib.

1988-ci ildə İran və İraq arasında səkkiz illik müharibə başa çatdıqdan sonra minlərlə məhbusun edam edilməsiylə əlaqədar ABŞ Rəisiyə sanksiya elan edib.

İbrahim Rəisi bu məsələdə rolunun olması ilə bağlı iddialara açıq cavab verməyib.

Bəziləri o dövrdə baş verənlərə görə, ona “qatil” ləqəbini qoşublar.

BBC Farsca yazır ki, bir çox iranlıya görə, İbrahim Rəisi Xameneyinin istəklərini yerinə yetirən biridir və buna görə də 2022-ci ildə keçirilmiş etirazlarda demək olar ki, ona qarşı şüarlar səslənməyib. Əsas hədəf Ali dini lider olub.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button