2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran prezidentinin helikopteri 10 saatdır tapılmır

İran prezidentini İran-Azərbaycan sərhəddinə  müşayiət edən İran dövlət televiziyasının müxbiri gecə yarısı  helikopter qəzasının təfərrüatlarını bildirib.

“Biz Vərəzqan kəndi yaxınlığındakı Sonqun mis mədəninin yaxınlığında yerləşirik, helikopterin GPS-i göstərir ki, o, sərt eniş edib, güclü duman var, yağış yağır, görmə məsafəsi 5-6 metrdir, odur ki, dağlıq əraziyə daxil olmaq olduqca çətindir və bu, vəziyyəti çətinləşdirir”, – müxbir bildirib.

İran mediası ziddiyyətli mesajlar verir. Bəzi mənbələrə görə, helikopterin sərnişinləri ilə əlaqə yaradılsa da, Rəisinin və helikopterdəki digərlərinin vəziyyəti barədə məlumat verilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Görünür, qəza ciddi olub. Uzun axtarışlara gəlincə, bu, təhlükəsizlik sisteminin vəziyyətindən və İranın yüksək səviyyəli rəsmisinin istifadə etdiyi helikopterin texniki cəhətdən geri qalmasından xəbər verir.

Qeyd edək ki, qəza helikopterin havaya qalxdığı “Xudafərin” SES-dən təxminən 100 km aralıda baş verib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button