2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran səfirliyi: 'Təlimlərdən əvvəl Azərbaycan tərəfinə nota verilib'

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bu ölkənin Araz çayı sahili boyunca keçirdiyi hərbi təlimlə bağlı sualı cavablandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“İran Silahlı Qüvvələrinin şimal-qərb bölgəsində manevr və təlimləri illik fəaliyyət təqviminə və dövri təlimlərə uyğun həyata keçirilir”.

“Turan” agentliyi bildirir ki, bu fikir İranın Bakıdakı səfirliyinin oktyabrın 19-da yaydığı məlumatda yer alır.

Məlumatda vurğulanır ki, dostluq və qardaşlıq münasibəti nəzərə alınaraq, təlimlərə başlamazdan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib: “İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Baqerinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülüb ki, hazırda bunlar həmin təlimlərdə yerinə yetirilir”.

Oktyabrın 17-də İran Silahlı Qüvvələrinin, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Quru Qoşunlarının bu ölkənin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimləri başlayıb. Təlimlər, əsasən, Azərbaycan-İran sərhədi boyunca olan ərazini əhatə edir.

AzadlıqRadiosunun erməni xidmətinin yazdığına görə, bu, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra İranın sərhəd bölgəsində keçirdiyi üçüncü təlimdir.

Azərbaycanda isə bir çox sosial şəbəkə istifadəçiləri bu təlimlərə görə İranı sərt şəkildə tənqid edirlər. Onların fikrincə, təlimlərdə məqsəd Azərbaycanı hədələməkdir.

“Azərbaycan və İran prezidentləri bir neçə gün əvvəl Astanada görüşmüşdülər. Bu görüşdən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. İran daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır?”, – politoloq Elxan Şahinoğlu sual edir.

Ötən il Prezidenti İlham Əliyev isə “Anadolu” agentliyinə müsahibəsi zamanı İranın Azərbaycan sərhədində keçirdiyi hərbi təlimlər barədə danışarkən demişdi: “Niyə indi və bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bir sual da verilir ki, nəyə görə işğal dövründə o bölgədə təlim keçirilmirdi?”.

Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan ərazilərinin çoxunu azad edib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button