2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İranda əxlaq polisi geri qayıdır

2023-07-18 08:00:26

Əxlaq polisi qadınların saçlarını örtmələrini və bol paltar geyinmələrini tələb edən geyim kodunu tətbiq etmək üçün küçə patrullarını davam etdirəcək. Polis sözçüsü Səid Muntazerulmehdi əxlaq polisinin qadınları əvvəlcə xəbərdar edəcəyini, sonra isə onları saxlayacağını açıqlayıb. Muntazerulmehdi, “çadranı düzgün taxmamağın fəsadlarını görməməzliyə vuran və normalara riayət etməməkdə israrlı olanlarla məşğul olmaq üçün” patrul xidmətlərinə yenidən başladığını bildirib. Polisin əmrinə tabe olmayan şəxslər barəsində qanuni tədbirlər görüləcək və məhkəməyə müraciət ediləcək. İranda 10 ay əvvəl hicab qaydalarına əməl etmədiyi üçün saxlanılan 21 yaşlı Məhsa Əmininin yıxılaraq ölümünə cavab olaraq kütləvi etirazlar başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button