2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İranda 12 azərbaycanlı Qarabağa dəstək aksiyasına görə həbs edilib

Bakı/12.10.21 İranın Ərdəbil şəhərində 2020-ci ildə Qarabağa dəstək aksiyasında iştirak edən 12 fəal həbs edilib. Oktyabrın 9-da yerli məhkəmə onları 15 il azadlıqdan məhrum edib və 888 şallaq cəzası verib. Bu barədə “Amerikanın səsi” radiosu insan hüquqları üzrə HRA xəbər agentliyinə istinadən bildirib.

Ərdəbil məhkəməsinin məlumatında deyilir ki, Pərviz Siyabi, Hüseyn Balxanı, Murtaza Pərvin, Həmid Heydəri, Məhəmməd Çolani Ocaq, Mustafa Pərvin, Sübhani Baxşi, Mehdi Huşmand, Bəhmən Xeyirçi, Mujtaba Pərvin, Əsgər əkbərzadə və Sacad Çolani hər biri 14 ay və 32 gün həbs cəzasına və  şallaq zərbəsinə məhkum edilib.

Onlar “polisə qarşı qiyam törətməkdə” və “iğtişaşlar təşkil etməkdə” ittiham olunublar. Həmin şəxslərə qarşı məhkəmə sentyabrın 26-da Ərdəbil Cinayət Məhkəməsində başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, 29 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ Müharibəsinin başlanması ilə əlaqədar Ərdəbil şəhər parkında yerli azərbaycanlılar Azərbaycan Silahlı Qüvvələrilə həmrəylik aksiyası təşkil etmişdilər. Aksiya zamanı və sonra onlarla adam saxlanılıb.-16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button