2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İranda general Qasım Süleymaninin anım mərasimində partlayış zamanı 103 adam ölüb

Partlayış onun türbəsi yaxınlığında törədilib.

Bu gün Süleymaninin qətlə yetirilməsinin dördüncü ili tamam olur.

Saytların yığılması Saytlarin yigilmasi

Partlayışı kimi törətdiyi bəlli deyil və heç bir qruplaşma indiyədək bununla bağlı açıqlama verməyib, BBC News yazır.

İnternetdə partlayışların törədildiyi yerdən videolar yayılır.

BBC Farsca xəbər verir ki, Kirman meri Səid Şerbaf partlayışların 10 dəqiqə ara ilə baş verdiyini deyib.

“Tasnim”-in məlumatına görə, bombalar iki çantaya yerləşdirilib və uzaqdan işə salınıb.

Rəsmilər dərhal partlayışın baş verdiyi ərazidə olan şəxslərdən mərasim yerini tez bir zamanda tərk etməyi xahiş ediblər.

Qızıl Aypara Cəmiyyətinin baş direktoru mərasimdə izdiham yaşandığını bildirib.

Qasım Süleymani 2020-ci il yanvarın 3-də Bağdadda Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.

Bu gün yüzlərlə şəxs General Süleymaninin anım mərasimi üçün onun türbəsinə doğru yürüş edib.

Süleymaninin 2020-ci ildə qətlinə fərmanı o zamankı ABŞ Prezidenti Donald Trump vermişdi.

General Süleymani Ali lider Ayətulla Əli Xameneyidən sonra İranda ən güclü fiqur hesab olunurdu.

Qasım Süleymani İnqilab Keşikçiləri ordusunun xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinə nəzarət edirdi.

Süleymani bu qüvvələr vasitəsilə müttəfiq hökumət və silahlı qrupların, o cümlədən Həmas və Hizbullahın maliyyəsi, silahlar, kəşfiyyat və logistik təminatına məsul şəxs idi.

Ətraflı burada oxuyun: Qasım Süleymani kim idi?

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button