2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İranda Prezident İbrahim Rəisinin nəşi Məşhəd şəhərində dəfn olunub

Sayt bildirir ki, eks-prezident İmam Rza ziyarətgahında dəfn edilib.

“İranın eyni qəzada ölmüş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə paytaxt Tehranın cənubundakı Rey şəhərində, Əbdül-Əzim əl-Həssaninin ziyarətgahında dəfn edilib”, saytın digər xəbərində deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Vida mərasimində iştirak edən sakinlər “Bu gün matəmdir” qışqıraraq başsağlığı veriblər, İranın rəsmi xəbər agentliyi bildirib.

Mərasimdə İranın Ali dini lideri Ayətullah Xameneyi və ölkənin başqa dövlət adamları iştirak edib.

İranda baş vermiş qəza ilə bağlı 5 günlük matəm elan edib.

Tehran Universitetindəki anım mərasimində Xameneyi həlak olanların cənazə namazını qıldırıb.

Bugunki anım mərasimində iştirak edənlər arasında HƏMAS qruplaşmasının liderlərindən biri İsmayıl Haniyyənin də olduğu bildirilir.

Bu gün 40-dan artıq yüksək rütbəli xarici nümayəndə heyətinin anım mərasimində iştirak edəcəyi gözlənilir.

Azərbaycanın Baş naziri Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmilər də mərasimdə iştirak edəcək, Azərtac yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistanın Prezidenti İmamali Rahman anım mərasimində iştirak etmək üçün Tehrana gedib.

Həlak olanlarla vida mərasimi ötən gün Qumda və Təbrizdə keçirilib.

Minlərlə iranlı mərasimdə iştirak edib.

Ötən gün Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib, matən kitabına ürək sözlərini yazıb, president.az saytı bildirib.

Rəisinin sonuncu görüşdüyü dövlət adamı İlham Əliyev olub.

Bazar günü Azərbaycan və İran prezidentləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button