2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İranda ziyarətgaha hücumdan sonra 10 nəfər saxlanılıb

2023-08-14 15:34:50

class=”mediyanet-inline-adv”>

İran dövlət televiziyası Fars əyalətinin Şiraz şəhərindəki Şah Çerağ türbəsinə 2 nəfərin təşkil etdiyi silahlı hücumla bağlı indiyədək 10 nəfərin saxlanıldığını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Terror aktını törədən iki nəfərdən birinin türbənin içərisində İran təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı və ilk sorğu-sualdan sonra daha 4 nəfərin saxlanıldığı bildirilib. Açıqlamada, hələ də dindirilməsi davam edən hücumçunun Tacikistan əsilli Rəhmetullah Noruzof olduğu və ikinci hücumçunun tutulması üçün axtarış işlərinin davam etdiyi bildirilib.

Fars vilayətinin baş hakimi Hüccətül-İslam Seyyid Kazım Musəvi açıqlamasında hücumla bağlı saxlanılan şəxslərin hamısının xarici ölkə vətəndaşları olduğunu bildirib.

HÜCUM ANININ GÖRÜNTÜLƏRİ ÇIXIB

Ötən gün Şah Çərəğ türbəsinə edilən hücum anının yeni görüntüləri ortaya çıxıb. Təhlükəsizlik kamerası görüntülərində təcavüzkarın Kalaşnikov avtomatı ilə türbənin əsas girişinə yaxınlaşdığı və təsadüfi atəş açaraq məzarın içinə girdiyi görünür. Hücum edənin tutulduğu an paylaşılan başqa bir videoda isə bir məmur hücumçunu yerə yıxaraq zərərsizləşdirib və o zaman məzarın içərisində olan mülki şəxslərin qorxulu anları kameralara düşüb.

Hücumdan sonra dünən verilən ilk açıqlamada 4 nəfərin həyatını itirdiyi bildirildiyi halda, bu gün verilən açıqlamada 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.

Digər tərəfdən, 26 oktyabr 2022-ci ildə 3 terrorçunun Şah Çərəğ türbəsinə təşkil etdiyi silahlı hücumda 2-si uşaq olmaqla 13 nəfər ölüb, 40 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti DEAŞ terror təşkilatı öz üzərinə götürüb və hücumu törədən iki nəfər iyulun 8-də edam edilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button