2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İranın Prezidenti həlak oldu (yeniləndi)

Tehran – İRNA – Ayətullah Seyid İbrahim Rəisi və İran İslam Respublikasının 8-ci Prezidenti –bazar günü, mayın 19-u axşamüstü Qız Qalası bəndinin açılış mərasimindən Təbriz şəhərinə qayıdarkən Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində hava qəzası keçirib– onu müşayən edən nümayəndə heyəti ilə birlikdə  yüksək şəhidlik məqamına nail olmuşdur.

Hazırda Prezidenti daşıyan helikopterin qəzaya uğradığı yerdə olan yerli mənbələr Prezidentin və onu müşayət edən şəxslərin şəhid olduğunu təsdiqləyib.

Vəliyyi-fəqihin nümayəndəsi və Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin Ali-Haşim, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezidentin mühafizə bölməsinin komandiri Seyid Məhdi Musəvi, bir neçə mühafizəçi və helikopter heyəti Prezidenti daşıyan helikopterin sərnişinləri arasında olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu kontekstdə İslam Respublikası hökuməti açıqlama verəcək.

* * *

2024-05-20 07:56
Türkiyə pilotsuz təyyarəsi İran prezidentinin helikopterinin mümkün qəza yerini aşkar edib

Çərşənbə günü səhər Türkiyənin Akinci pilotsuz təyyarəsi İran prezidentinin göyərtəsində olduğu güman edilən helikopterin qəzaya uğradığı qaynar nöqtəni aşkar edib, bu barədə yerli vaxtla saat 03:50-də İrna agentliyi məlumat verib.

Türkiyənin qabaqcıl müşahidə imkanları ilə tanınan pilotsuz uçuş aparatı “qaynar nöqtə” aşkar edib və müvafiq məlumatları operativ şəkildə İran hakimiyyətinə çatdırıb. Bu kəşf, helikopterin qəzaya uğraması xəbərindən sonra İran prezidentinin və ətrafının taleyi ilə bağlı artan gərginlik və narahatlıqlar fonunda edildi.

Saat 04:58-də İranın rəsmi IRNA Xəbər Agentliyi, Milli Təcili Qızıl Aypara qərargahının xilasetmə qruplarının helikopter qəzası ilə əlaqəli olduğu düşünülən iki isti nöqtəyə göndərildiyini rəsmi olaraq elan etdiyini bildirən bir mesaj yayımladı.

Xüsusi təlim keçmiş və resursları olan Qızıl Aypara xilasetmə qrupları, davam edən axtarış və xilasetmə işlərində təcili yardım və dəstək göstərmək üçün bu yerlərə operativ şəkildə səfərbər edildi.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button