2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İranın xarici işlər naziri Abdullahiyan: "ABŞ və müttəfiqləri Əfqanıstandakı vəziyyətə görə məsuliyyət daşıyırlar"

2023-04-13 16:48:14

class=”medianet-inline-adv”>

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Özbəkistanın Səmərqənd şəhərində Rusiya, Çin və Pakistan xarici işlər nazirləri ilə görüşdən sonra İran mətbuatına açıqlama verib. Abdullahiyan dörd ölkə arasında ikinci dəfə keçirilən görüş haqqında məlumat verərək, görüşdə Əfqanıstandakı problemlərin qiymətləndirildiyini və həll odaklı bir araya gəldiklərini bildirib. Abdullahiyan Əfqanıstanda artan terror problemindən və Qərb ölkələrinin sanksiyaları və iqtisadi çətinlikləri ucbatından mühacir probleminin artmasından narahat olduqlarını və qonşu Əfqanıstan dövlətlərinin də bu problemlərə ciddi yanaşdıqlarını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Əfqanıstanı iyirmi ildən artıqdır yoxsulluğa və qeyri-sabitliyə sürükləyən Qərb və ABŞ-ın müdaxiləsindən çox regional əməkdaşlığa və həllə ehtiyacı olduğunu qeyd edən Abdullahiyan, “ABŞ və müttəfiqləri həm işğalçı, həm də Birləşmiş Millətlər Təşkilatının üzvü kimi Əfqanıstandakı vəziyyətə görə məsuliyyət daşıyırlar” dedi.

Əfqanıstanda narkotik ticarəti və istehsalının həlli vacib olan əsas problemlər olduğunu bildirən Abdullahiyan, “Əfqanıstanla sərhəd bölgələrdə narkotik qaçaqmalçılığı ilə mübarizədə İran kimi qonşu dövlətlərin böyük əhəmiyyəti var. Əfqanıstan rəhbərliyi də bu mövzuda üzərinə düşən vəzifələri yerinə yetirməlidir” dedi.

Görüşdə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Əfqanıstanla bağlı müxtəlif ölkələrin nümayəndələri ilə Qətərdə keçiriləcək sammitin də müzakirə edildiyini ifadə edən Abdullahiyan “Əfqanıstan qonşu ölkələr” qrupunun Dohada keçiriləcək sammitə müsbət töhfələr verə biləcəyini bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button