2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İraqda azərbaycanlı qadın və onun beş uşağı öldürüldü

İraqda, İŞİD və İraq ordusu arasındakı döyüşlərin gedişatında azərbaycanlı qadın və onun beş uşağı öldürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Virtualaz.org-un məlumatına görə, bu haqda sosial şəbəkələrdən birindəki səhifəsində həlak olmuş qadının bacısı İren Abdullayeva bildirib.

Öldürülənlərin meyitləri dəfn olunmaları üçün Bakıya gətirilib. Almaniyada yaşayan İ.Abdullayeva ürək ağrısı ilə yazıb ki, insanlar adətən öz vətəninə yaxınlarını görmək üçün gedirlər, amma o, onları dəfn etmək üçün…

Baş verən dəhşətli hadisəyə görə, o, radikal musəlmanları ittiham edib. Həlak olmuş qadın və onun uşaqları üç il imiş ki, İraqda yaşayırlarmış. Və nəticədə belə faciəli son.

Bu, azərbaycanlı qadınların İraqda və Suriyada öz uşaqları ilə birlikdə həlak olduqları ilk hadisə deyil.

Məsələn, bir neçə ay əvvəl məlumat yayılmışdı ki, Suriyada İŞİD döyüşçülərinin hücumu zamanı azərbaycanlı qadın və onun iki uşağı öldürülüb. Qadının əri Fikrət Əliyev 2015-ci ilin başlanğıcında Suriyaya getmiş və takfiristlərə qoşulmuşdu. Bundan bir müddət sonra ailəsi də Suriyaya – onun yanına yollanmışdı.

Ancaq Fikrət Əliyev dörd ay sonra döyüşdə öldürülmüş, onun arvadı və uşaqları Suriyanın dağıdılmış şəhərlərində sərgərdan dolaşmağa başlamışdılar. Lakin tezliklə onlar da müharibənin qurbanı oldular. Həlak olan qızın 7, oğlanın isə 3 yaşı vardı…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button