İslam Oyunlarında birinci yeri tutan idmançıya 100 min mükafat veriləcək

Prezident sərəncam imzalayıb

IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutan hər bir idmançıya 100, şəxsi məşqçisinə 50 min manat mükafat veriləcək. 

Prezident İlham Əliyev Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, ikinci yeri tutan hər bir idmançıya 50, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan idmançıya 30, onun şəxsi məşqçisinə isə 15 min manat mükafat veriləcək.

2017-ci il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə keçiriləcək yarışda 50-dən çox müsəlman ölkəsinin təmsil ediləcəyi gözlənilir.

24saat.org

Mənbə – www.meydan.tv

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Bazar, Yanvar 24, 2021
Clear
4 ° c
73%
11.18mh
-%
7 c 5 c
Be
8 c 5 c
Ça
7 c 6 c
Ç
8 c 6 c
Ca

Seçmə