2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İspaniya-Fransa sərhədində meşə yanğını

2023-08-05 18:25:37

class=”mediyanet-inline-adv”>

İspaniyanın Kataloniya Muxtar Bölgəsində Fransa ilə sərhəddə yerləşən Girona şəhərində meşə yanğını baş verib. Ötən gecə Portbou qəsəbəsində baş verən yanğında 435 hektar ərazi külə dönərkən, Kataloniya bölgəsindən olan yanğınsöndürənlər 2500 hektar ərazinin təhlükə altında olduğunu və 135 nəfərin bölgədən təxliyə edildiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Kataloniya Regional Hökumətindən verilən açıqlamada yanğının davam etdiyi və rəsmilərin prioritetinin yanğının Girona şəhərindəki Llanka turizm kurortuna çatmasının qarşısını almaq olduğu bildirilib.

Kataloniya Mülki Müdafiə rəsmiləri, təxminən 4 min evin elektrik enerjisinin kəsildiyini, Portbou və Figueres şəhərləri arasında dəmir yolu hərəkətinin dayandırıldığını, Portbou və Fransaya gedən əsas yolların bağlandığını açıqladı. Küləyin təsiri ilə ətrafa yayılan yanğının söndürülməsi üçün işlərə helikopterlərin kəşfiyyat uçuşundan sonra bu gün başlanıldığı və yanğının səbəbləri ilə bağlı araşdırmalara başlanıldığı açıqlanıb.

Keçən il İspaniyada 500-ə yaxın yanğın baş verib ki, bu da Avropa üçün rekord rəqəmdir və 300 min hektar ərazi külə dönüb. Bu il indiyədək təxminən 70 min hektar ərazi dağıdılıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button