2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İsrail ordusu Cenin xəstəxanasına gözyaşardıcı qaz atıb

2023-07-04 15:57:35

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində mühasirəsi ikinci gündür ki, davam edir. İsrail ordusu şəhərdəki Halil Süleyman Dövlət Xəstəxanasını gözyaşardıcı qazla hədəfə alıb. Həvəskar kameralara düşən anlarda xəstəxananın bağçasına gözyaşardıcı qaz balonlarının atıldığı və ətrafdakıların təşviş içində qaçdığı görülüb. Onlarla insanın qazdan zərər çəkdiyi bildirilib.

İsrail ordusundan verilən açıqlamada İsrail qüvvələrinin “terrorla mübarizə əməliyyatı” çərçivəsində Cenin bölgəsində fəaliyyətlərini davam etdirdiyi bildirilib. Bildirilib ki, indiyədək 120 şübhəli saxlanılıb, 300 “silahlı yaraqlının” hələ də Cenində gizləndiyi güman edilir. Cenin Qaçqınlar Düşərgəsində partlayıcı qurğuların saxlanması üçün istifadə edilən quyunun aşkar edilərək zərərsizləşdirildiyi, “bölgədəki terror təşkilatlarına aid iki əməliyyat otağının” da söküldüyü bildirilib. Cenində hərbi texnika və silahların olduğu da qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

ÖLƏNLƏRİN SAYI 10 NƏDƏ ÇATIR

İsrailin dünən başlatdığı hücum və mühasirənin sayı da artır. Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsindəki hücumlarda ölənlərin sayı 10-a yüksəlib, 20-si ağır olmaqla 100 nəfər yaralanıb.

BM: BİZ çox narahatıq

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçünün müavini Fərhan Haq mediaya açıqlamasında münaqişələr nəticəsində Cenin Qaçqınlar Düşərgəsində elektrik və su şəbəkələrinin zədələndiyini bildirib. BMT-nin idarə etdiyi bir sağlamlıq mərkəzinin qarşıdurmalara görə xidmət göstərə bilmədiyini vurğulayan Haq, sahədəki vəziyyətdən çox narahat olduğunu bildirib. Haq, “Hər şeyin beynəlxalq hüquqa uyğun getdiyinə əmin olmalıyıq və son 36 saatda baş verən hadisələr buna uyğun deyil” dedi. , “Bu mövzuda hər hansı bir addım atmağa ehtiyac hiss edib etmədiklərini görməliyik.”

Fələstin Qızıl Aypara Cəmiyyəti də İsrailin şəhərdə qurduğu barrikadalar və əməliyyat nəticəsində yaranan dağıntılar səbəbindən köməyə ehtiyacı olanlara çatmaqda ciddi çətinliklərin olduğunu açıqlayıb.

Digər tərəfdən, Cenin şəhərindəki qaçqın düşərgəsi 1948-1949-cu illər müharibəsi zamanı didərgin düşmüş fələstinlilər üçün yaradılıb. BMT-nin məlumatına görə, qaçqın düşərgəsində 0,42 kvadrat kilometr ərazidə təxminən 14 min insan yaşayır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button