2023-01-27 08:00:20
Ölənlər arasında Maqda Obaid adlı yaşlı qadının da olduğu bildirilərkən, Fələstin Səhiyyə Nazirliyi 4-ü ağır olmaqla 20 nəfərin canlı güllələrdən yaralandığını açıqlayıb. İsrail qüvvələrinin yaralıların çıxarılması üçün əraziyə təcili yardım maşınlarının girməsinə icazə vermədiyini, Cenin Dövlət Xəstəxanasına qəsdən gözyaşardıcı qaz atdıqlarını bildirən nazirlik, Beynəlxalq Qızıl Xaç Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı ilə təcili toplantı çağırıb. . Təl-Əvivdən verilən açıqlamada Cenində Fələstin İslami Cihad Hərəkatına bağlı bir hücrə evinə basqın edildiyi bildirilib.
XARİCİ İŞLƏR NAZİRLİYİ QİYAMLADI
HƏMAS-dan Saleh əl-Aruri deyib: “İsrail Cenin qətliamının bədəlini ödəyəcək”. Fələstində 3 günlük matəm elan edilərkən, İsraillə bütün təhlükəsizlik koordinasiyasına son qoyulduğu açıqlanıb. Xarici İşlər Nazirliyi İsrailin basqını pisləyən bəyanat yayıb. Digər tərəfdən, ABŞ dövlət katibi Antoni Blinkenin gələn həftə İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcəyi açıqlanıb.
Tərcümə“24 SAAT”