Siyasət
İsrailin müdafiə naziri Bakıdan paylaşım edib: “Azərbaycana səfərim qısa və uğurlu oldu”
![İsrailin müdafiə naziri Bakıdan paylaşım edib: "Azərbaycana səfərim qısa və uğurlu oldu"](https://www.az24saat.org/wp-content/uploads/2023/07/Israilin-mudafiə-naziri-Bakidan-paylasim-edib-Azərbaycana-səfərim-qisa-və-780x452.jpg)
İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.
“Report” xəbər verir ki, o, bulvarda səhər qaçışına çıxıb.
“Bakıdan sabahınız xeyir”, – nazir tviterdə yazıb.
Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.
Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.
Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Mənbə:Report