2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İstintaq Təcridxanasında  “Abzas Media”  rəhbərlərinin yaxınları ilə telefon danışıqları və görüşləri qadağan edilib

“Ülvi Həsənlinin saxlanma şəraitilə bağlı şikayəti yoxdur, lakin cinayət işi üzrə müstəntiqin qərarına görə yaxınları ilə ünsiyyət saxlaya bilmir. Biz bu qadağanı əsassız hesab edirik və istintaqın bu qərarından şikayət verəcəyik”, – vəkil vəkil Zibeyd Sadıqova Turan-a bildirib.

“İstintaq Sevinc Vaqifqızının yaxınları ilə görüş və telefon danışığı hüququnu qanunsuz olaraq məhdudlaşdırıb. Biz bu qərara etiraz edəcəyik. Sevinc Vaqifqızının saxlanma şəraitilə bağlı şikayəti yoxdur, lakin o, ittihamı rədd edir və onu jurnalist araşdırmaları ilə əlaqələndirir”, –  jurnalistin vəkili Aqil Layıc bildirib.

Hər iki jurnalistin həbsindən apelyasiya şikayəti verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu iş üzrə həbs edilmiş fəal Məhəmməd Kekalovun yaxınları deyiblər ki, onun qohumları ilə telefon danışıqlarına və görüşlərə qadağa qoyulub-qoyulmadığını hələlik bilmirlər.

Onlar qeyd ediblər ki, M.Kekalov həbsdən sonra doğmalarına bir dəfə olsun zəng etməyib.

Fəalın ailəsi bildirib ki, onun həbsilə bağlı Apellyasiya Məhkəməsinə şikayət veriləcək. – 06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button